Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Azərbaycan İlahiyyat İnstitutunun rektoru beynəlxalq forumda çıxış edib

    9 Oktyabr 2024 17:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə ölkəmizdə 8 oktyabr 2024-cü il tarixində Azərbaycan Halal Biznes və Turizm Forumu (AZHAB Forum) öz işinə başlayıb.

    AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan İlahiyyat İnstitutundan bildirilib

    Aİİ rektoru, dosent Aqil Şirinov Forum çərçivəsində “Halal sənayesində davamlılıq: “yaşıl” yeni halaldırmı?” mövzusunda keçirilən paneldə məruzə ilə çıxış edib. Rektor “The Relationship between the Terms of Halal and Green” (“Halal” və “yaşıl” terminləri arasında əlaqə”) mövzusundakı məruzəsində təbiətin və ekosistemin qorunmasının dini baxımdan əhəmiyyətindən bəhs edib. O, “halal” məfhumunun yalnız yemək-içmək və geyinmək kimi gündəlik ehtiyaclarımızla bağlı olmadığını vurğulayaraq, İslam dinində halala təşviq edən digər vasitələr barədə danışıb. A.Şirinov bildirib ki, İslam dinində təbiəti, ekosistemi qorumaq Allahın bizə ərməğan etdiyi dəyərləri mühafizə etmək kimi dərk olunmalıdır. Rektor bu anlayışın Qurani-Kərimdə “əmanət" kəlməsi ilə ifadə edildiyini, mənasının isə məsuliyyət olduğunu nəzərə çatdırıb. Ali təhsil müəssisəsinin rəhbəri vurğulayıb ki, dünya Allahın insana bir əmanətidir və hər bir şəxs bu dəyəri qorumalıdır. Bu baxımdan, İslam ənənəsində təbiətin qorunması Allahın əmanətinin hifz edilməsi kimi qəbul olunub.

    Rektor dinimizdə təbiətin və ekosistemin məhvinə aparacaq bütün vasitələrin qadağan olunduğunu, həmçinin təbiətin və ekosistemin qorunması istiqamətində lazımi tədbirlərin görülməsinin vacib olduğunu diqqətə çatdırıb. İslam Peyğəmbərinin hədislərində ağacların əkilməsinin təşviq edildiyini, suların çirkləndirilməsinin qadağan olunduğunu vurğulayıb.

    Aİİ rektoru Qurani-Kərim və hədislərdə qeyd olunan məsələlərin öz əksini aydın şəkildə tapdığını vurğulayaraq, ekosistemin qorunmasının yalnız bəşəri deyil, həm də dini amil olduğunu nəzərə çatdırıb.

    Məlumat üçün qeyd edək ki, Forumda dünyanın müxtəlif regionlarından 20-yə yaxın ölkədən rəsmi şəxslər, mütəxəssislər, akademik dairələr, beynəlxalq təşkilatların nümayəndələri və iş adamları iştirak edirlər.

    Qeyd edək ki, iki gün davam edəcək Forumda erməni işğalı zamanı Qarabağın maddi-mədəni irsinə, regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən zərər haqqında məlumatların geniş ictimaiyyətə çatdırılması məqsədilə Qarabağ Dirçəliş Fondunun “Qarabağda urbisid” fotosərgisi də nümayiş olunur.

    Azərbaycan İlahiyyat İnstitutunun rektoru beynəlxalq forumda çıxış edib
    Azərbaycan İlahiyyat İnstitutunun rektoru beynəlxalq forumda çıxış edib
    Azərbaycan İlahiyyat İnstitutunun rektoru beynəlxalq forumda çıxış edib
    Azərbaycan İlahiyyat İnstitutunun rektoru beynəlxalq forumda çıxış edib
    Azərbaycan İlahiyyat İnstitutunun rektoru beynəlxalq forumda çıxış edib
    #Azərbaycan İlahiyyat İnstitutu (Aİİ)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

    31 Oktyabr 2025 00:04

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

    30 Oktyabr 2025 23:16

    “Art Weekend” təqdim edir: “Şeh. Olmayan Səhər” sərgisi

    30 Oktyabr 2025 23:08

    Ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib

    30 Oktyabr 2025 20:14

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Türkiyənin Diyanət İşləri İdarəsinin sədri ilə görüşüb

    30 Oktyabr 2025 18:10

    Zəfər günü ilə bağlı Azadlıq Meydanındakı yeraltı avtodayanacağın fəaliyyəti dayandırılacaq

    30 Oktyabr 2025 18:04

    Avrasiya Gənc İş Adamları Forumu – EYBF 2025 Bakıda keçiriləcək

    30 Oktyabr 2025 16:51

    Müasir dini təhsil modeli mənəvi dəyərlərlə qlobal çağırışlar arasında balans yaratmalıdır - Ramin Məmmədov

    22 Oktyabr 2025 11:19

    Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün mühazirələr təşkil olunub

    6 Dekabr 2024 16:46

    Müasir dini təhsil modelləri ilə bağlı elmi-praktiki konfrans keçirilir

    16 Oktyabr 2024 10:54

    Aİİ-də “İnsan hüquqları və dünya dinləri” mövzusunda seminar təşkil olunub

    4 Oktyabr 2024 16:48

    İlahiyyat İnstitutunda tədris ilinin yekunları ilə bağlı iclas keçirilib

    10 İyul 2024 07:50
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 31 oktyabr

    Zəfər xronikası. 31 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibə verib

    44 günlük Vətən müharibəsinin xronikası: 31 oktyabr

    Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

    “Art Weekend” təqdim edir: “Şeh. Olmayan Səhər” sərgisi

    Azərbaycan və Belarus XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

    Ceyhun Bayramov UNESCO Baş Konfransının 43-cü sessiyasının açılış mərasimində iştirak edir

    İstanbul Sənaye Palatası MÜSİAD Azərbaycanla əməkdaşlıq danışıqları aparıb

    Ərdoğan Almaniya kanslerinin İsraili müdafiə etməsinə etiraz edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.