Bakı. AzerVoice:
“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi “6-cı Təcrübə Proqramı” üçün qeydiyyatı açıq elan edib.
AzerVoice xəbər verir ki, bu barədə GMD-dən bildirilib.
Təcrübə proqramı çərçivəsində, layihələrin yazılması və idarə olunması, sosial media hesablarının idarə olunması (SMM), gənclərlə iş və dizayn istiqamətləri üzrə fəaliyyət göstəriləcək.
Məlumat üçün qeyd edək ki, proqram ödənişsiz əsaslarla həyata keçirilir və proqramın sonunda iştirakçılar sertifikat əldə edəcəklər. Proqram 3 ay müddətində davam edəcək.
Təcrübə müddəti iyul ayından etibarən başlayacaq. Son müraciət tarixi: 22.06.2024
Qeydiyyat linki: https://forms.gle/WPH3V2xF43ULqpVZ7
Hafiz Rufizoğlu