Əsas səhifə » Laçın şəhərindən bu kəndlərə marşrutlar fəaliyyətə başlayacaq

Laçın şəhərindən bu kəndlərə marşrutlar fəaliyyətə başlayacaq

Bakı, AzerVoice:

Laçın şəhərində ictimai nəqliyyatla sərnişindaşıma xidmətlərinin təşkil edilməsi istiqamətində işlər görülür.

Bu barədə AzerVoice-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, üç istiqamət üzrə marşrut xətləri müsabiqəyə çıxarılıb. Yaxın vaxtlarda Laçın şəhəri-Zabux kəndi, Laçın şəhəri-Zerti kəndi, Laçın şəhəri-Qarıkaha kəndi istiqamətində marşrutlar fəaliyyətə başlayacaq.

Müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı işğaldan azad olunmuş digər ərazilərdə də təhlillər aparılır.

Digər Kateqoriyalar

2025 © Azervoice