ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında onu Qəzza zolağında girovların azad edilməsi və atəşkəslə bağlı HƏMAS ilə saziş bağlamağa çağırıb.
Axtarış nəticələri "Qəzza" (2788)
İsrail ordusunun Qəzza zolağında davam edən hücumlarında fələstinli jurnalist Ala Fevzi Berhumun öldüyü bildirilib.
AzerVoice xəbər verir ki, G7 xarici işlər nazirləri bu gün İtaliyada, Roma yaxınlığındakı Fiuqqi və Ananidə iki günlük görüşə başlayıblar. Görüşün əsas mövzuları Yaxın Şərqdə davam edən münaqişələr və Ukraynadakı müharibə olacaq.
HƏMAS lideri Usamə Həmdan Qəzza zolağında beş günlük atəşkəs təklifinin qəbuledilməz olduğunu bildirib, bununla yanaşı o qeyd edib ki, HƏMAS müharibənin sona şatmasında maraqlıdır və bunu istəyir.
İsrailin Əmmandakı səfirliyi yaxınlığında baş verən atışma nəticəsində polis yaralanıb, atəş açan şəxs isə həlak olub .
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, onun bu vəzifədə varisi olması gözlənilən Floridadan respublikaçı konqresmen Mayk Vals ilə xarici siyasət və təhlükəsizlik məsələlərini müzakirə edib.
“Al Baraka” Qəzzada daha bir humanitar aksiya həyata keçirdi.ArabAZ xəbər verir ki, Al Baraka ” könüllülərin dəstəyi ilə Qəzzada həyata keçirilən uşaqlar üçün “Uşaq bezi paylanması” layihəsi, yerli ailələrə sosial və praktiki dəstək təmin etməyi hədəfləyir.
Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Galanta qarşı “Qəzzada hərbi cinayətlər”lə bağlı həbs qərarı çıxarıb.
Ölkəsi Avropa Birliyinə sədrlik edən Macarıstanın baş naziri Viktor Orban cümə günü Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahunu qarşı çıxardığı qərara etiraz edib.
Xarici işlər naziri Hakan Fidan Fələstinin baş naziri və xarici işlər naziri Məhəmməd Mustafa ilə telefonla danışıb.
İsrail və HƏMAS arasında 13 aydır davam edən müharibədə Qəzza zolağında ölənlərin sayı 44 mini keçib.
Qəzza zolağında soyqırım törədən İsrail ordusunun son 12 saatda həyata keçirdiyi hücumlarda 112 fələstinli həyatını itirib.
Beynəlxalq Cinayət Məhkəməsi (ICC ) cümə axşamı günü İsrailin baş naziri Benyamin Netanyahu, onun keçmiş müdafiə naziri və HƏMAS rəsmilərini həbsinə order verib.
İsrail ordusunun Qəzza zolağının şimalına təşkil etdiyi hücumlarda 88 fələstinli həyatını itirib
İranın xarici işlər naziri Ərakçi Tehranda qətərli həmkarı Əl Tani ilə görüşüb.
Yəmənin müdafiə naziri, general-leytenant Möhsün əl-Daeri Qəzza müharibəsi bitsə belə, husilərin Qırmızı dəniz və Ərəbistan dənizində gəmilərə hücumlarının dayandırılacağını gözləmir.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid Əl-Ənsari çərşənbə axşamı bildirib ki, Fələstinin HƏMAS qruplaşmasının Dohadakı siyasi ofisi həmişəlik bağlanmayıb.
Livanın Hizbullah qruplaşması çərşənbə axşamı səhər tezdən Livanın cənubunda İsrailin yürüşünü yer-hava raketi ilə vurduğunu açıqlayıb.
İsrail ordusu Qəzzanın şimalında geniş hərbi əməliyyatını davam etdirərkən, Benyamin Netanyahu hökumətində zolaqda uzunmüddətli hərbi hakimiyyət qurmaq planlarının olduğuna dair yeni əlamətlər ortaya çıxıb.
İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) direktoru Ronen Bar Türkiyəyə səfər edərək Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalınla görüşüb.
Qəzzada aclıq riski beynəlxalq təsnifatlara görə fəlakətli səviyyəyə çatıb.
Bazar ertəsi günü Türkiyə diplomatik mənbəsi HƏMAS-ın siyasi ofisini Qətərdən Türkiyəyə köçürdüyünə dair xəbərləri təkzib edib və əlavə edib ki, Fələstin silahlı qruplaşmasının üzvləri ölkəyə yalnız vaxtaşırı səfər ediblər.
Ərdoğan Braziliyanın İsrailin təcavüzünə qarşı mövqeyinin təqdirəlayiq olduğunu, Türkiyənin BMT-də İsrailə silah və sursat satışının qarşısını almaq üçün təşəbbüs irəli sürdüyünü, Fələstində daimi atəşkəsin yaradılmasının vacibliyini və humanitar yardımların çatdırılmasının önəmini vurğulayıb.
Bazar günü İsrail ordusu cənub və şimal sərhədlərində döyüşlər zamanı qüvvələrini gücləndirmək üçün daha çox dindar olan haredi yəhudilərinə çağırış bildirişləri göndərib. ArabAZ xəbər verir ki, bu, orduda xidmət etməkdən imtina edən israillilər arasında gərginliyi daha da alovlandıra bilər.