Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    İdman siyasəti Azərbaycanın gələcək inkişaf strategiyasının tərkib hissəsi olaraq qalır – Sevil Mikayılova

    29 Dekabr 2025 16:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı Azərbaycanın idman sahəsində əldə etdiyi nailiyyətlərin, aparılan ardıcıl dövlət siyasətinin və gələcək strateji hədəflərin aydın ifadəsidir.

    Bunu AzerVoice-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

    S.Mikayılova qeyd edib ki, bu çıxışda idman təkcə yarış və medal anlayışı kimi deyil, həm də ölkənin sosial, iqtisadi, mədəni və mənəvi inkişafının mühüm tərkib hissəsi kimi təqdim olunur. Prezident İlham Əliyev qeyd edib ki, 2025-ci ildə Azərbaycan idmançıları beynəlxalq arenada 2000-dən çox medal, o cümlədən təxminən 600 qızıl medal qazanıb.

    "Bu göstəricilər müstəqillik tarixində rekord nəticə olmaqla yanaşı, ölkədə idmanın sistemli şəkildə inkişaf etdiyini sübut edir. Medalların sayının ildən-ilə artması təsadüfi deyil, bu, dövlətin idmana göstərdiyi diqqətin, yaradılan şəraitin və uzunmüddətli strategiyanın məntiqi nəticəsidir. Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir. Son illər ərzində idman infrastrukturu faktiki olaraq sıfırdan qurulmuş, bu gün isə beynəlxalq standartlara cavab verən səviyyəyə çatdırılıb. Xüsusilə bölgələrdə Olimpiya İdman Komplekslərinin tikilməsi mühüm əhəmiyyət daşıyır. Gəncə və Yevlaxda yeni komplekslərin istifadəyə verilməsi ilə bu obyektlərin sayı 46-ya çatıb. Bu isə regionlarda yaşayan gənclərin idmana cəlb olunması, sağlam həyat tərzinin təşviqi baxımından mühüm addımdı", - deyə deputat əlavə edib.

    S.Mikayılova vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışında xüsusi yer verilən məsələlərdən biri sağlam gənc nəslin formalaşdırılmasıdır:

    "Ölkənin gələcək inkişafı birbaşa sağlam, fiziki və mənəvi cəhətdən güclü gənclərin yetişdirilməsindən asılıdır. Uşaqlıqdan idmana marağın formalaşdırılması gələcək idman uğurlarının əsasını qoyur. Bu yanaşma idmanı təkcə peşəkar sahə kimi deyil, ümummilli sağlamlıq strategiyasının bir hissəsi kimi təqdim edir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirir. İdman bu baxımdan mühüm rol oynayır, çünki idmançılar beynəlxalq arenada ölkəni təmsil edərək Azərbaycan Bayrağını yüksəldirlər. Xüsusilə son 5 ildə əldə olunan tarixi Qələbə idmançıların məsuliyyətini və qürur hissini daha da artıb".

    Deputat qeyd edib ki, 2025-ci ildə ölkəmizdə keçirilmiş MDB ölkələrinin III Oyunları Azərbaycanın böyük idman potensialını nümayiş etdirib:

    "Yarışların bir neçə şəhərdə, o cümlədən Gəncə və Xankəndidə keçirilməsi regionların inkişaf səviyyəsini və infrastruktur imkanlarını göstərmişdir. Bundan əlavə, ilk dəfə Bakıda keçirilən UFC beynəlxalq turniri və ənənəvi Formula 1 yarışları Azərbaycanın dünya miqyasında idman mərkəzi kimi mövqeyini gücləndirmişdir. Formula 1 yarışlarının ölkəyə turist axınını əhəmiyyətli dərəcədə artırması idmanın iqtisadi və turizm baxımından da strateji rolunu təsdiqləyir".

    S.Mikayılova əlavə edib ki, Prezident İlham Əliyev çıxışında Qusarda, Şahdağ Xizək Kurortunda keçiriləcək Xizək üzrə Dünya Kubokuna xüsusi diqqət yetirildiyini bildirib.

    "Bu, Azərbaycanın qış idman növləri sahəsində də beynəlxalq arenaya çıxmasının göstəricisidir. Şahdağ Turizm Xizək Mərkəzinin inkişafı minlərlə iş yerinin yaradılmasına, regionun sosial-iqtisadi canlanmasına səbəb olmuşdur. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda yaradılan yeni infrastruktur gələcəkdə idman yarışlarının keçirilməsi üçün geniş imkanlar açır. Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi ölkəmizdə idmana verilən beynəlxalq qiymətin bariz nümunəsidir. Bu titul Azərbaycanın son illər ərzində idman sahəsində qazandığı uğurların məntiqi nəticəsidir".

    S.Mikayılova qeyd edib ki, ümumilikdə, Prezident İlham Əliyevin bu çıxışı Azərbaycanın idman siyasətinin uğurlu, ardıcıl və çoxşaxəli olduğunu göstərir.

    "İdman ölkənin beynəlxalq nüfuzunun artmasına, gənclərin sağlam və vətənpərvər ruhda tərbiyəsinə, regionların inkişafına və milli birliyin möhkəmlənməsinə xidmət edir. Bu çıxış bir daha sübut edir ki, idman Azərbaycanda yalnız yarış meydanı deyil, həm də güclü dövlət quruculuğunun mühüm dayaqlarından biridir", – deyə S.Mikayılova fikrini tamamlayıb.

    #Milli Məclis #Sevil Mikayılova #Azərbaycan idman siyasəti #2025-ci ilin idman yekunları #Olimpiya İdman Kompleksləri #sağlam gənclik strategiyası #idman infrastrukturu Azərbaycan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb

    24 Dekabr 2025 21:09

    Milli maraqlardan qlobal nüfuza: Prezident İlham Əliyevin liderlik yolu

    24 Dekabr 2025 15:00

    Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

    23 Dekabr 2025 15:30

    Milli Məclis Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb

    23 Dekabr 2025 11:26

    Milli Məclisin növbəti iclası keçirilir

    23 Dekabr 2025 11:24

    Türkiyə-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası Bakıda keçiriləcək

    21 Dekabr 2025 12:50

    Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb

    20 Dekabr 2025 15:20

    “The Oligarch’s Design” sənədli filmi təqdim edilib

    20 Dekabr 2025 12:19

    Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq genişləndiriləcək

    19 Dekabr 2025 17:27

    Azərbaycanla Oman arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad ediləcək

    19 Dekabr 2025 17:26

    Avropa Parlamentinin qətnaməsi Azərbaycanın daxili işlərinə kobud müdaxilədir - Sevil Mikayılova

    19 Dekabr 2025 14:11

    Avropa Parlamenti Azərbaycan əleyhinə qeyri-obyektiv və qərəzli siyasətini davam etdirir – Spiker

    19 Dekabr 2025 11:18
    Demo
    XƏBƏR LENTİ

    AYNA 2025-ci ildə nəqliyyat sahəsində görülən işləri açıqlayıb

    Azərbaycanın Milli Neft Strategiyası və Dövlət Neft Fondunun Yaranması

    Türkiyə limanları ilə 28 milyon tondan çox xam neft məhsulları daşınıb (ÖZƏL)

    İran ABŞ-la danışıqların yalnız rəsmi kanallarla aparılacağını bildirdi

    Çində Azərbaycanın turizm imkanları təbliğ edilib

    İdman siyasəti Azərbaycanın gələcək inkişaf strategiyasının tərkib hissəsi olaraq qalır – Sevil Mikayılova

    Azərbaycan və Oman arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş təsdiqlənib

    Azərbaycan və Ruanda arasında hava əlaqəsi haqqında Saziş təsdiqlənib

    Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə Əlavə Protokol təsdiqlənib

    Prezident İlham Əliyev Dövlət Neft Fondunun 2026-cı il büdcəsini təsdiqləyib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.