Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Füzuli sakinləri Qurbanqulu Berdiməhəmmədova təşəkkür məktubu ünvanlayıblar

    19 Noyabr 2025 21:07
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Azərbaycan Respublikasının Füzuli şəhərinin sakinləri şəhərdə məscid inşa etmək təşəbbüsünə görə Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədova təşəkkür məktubu ünvanlayıblar.

    AzerVoice xəbər verir ki, məktubda qeyd olunub:

    "Hörmətli Qurbanqulu Məlikquliyeviç.

    Azərbaycan və türkmən xalqları arasında əsrlər boyu formalaşmış dərin tarixi, mədəni, etnik, dil və dini bağlar iki qardaş ölkə arasındakı münasibətlərin etibarlı təməlini təşkil edir. Bu möhkəm təməllər üzərində qurulan dostluq və qardaşlıq münasibətlərimiz Zati-alilərinizin humanitar təşəbbüsləri ilə daha da dərinləşib.

    Fəxrlə qeyd etməliyik ki, Zati-alilərinizin adını daşıyan Qurbanqulu Berdiməhəmmədov adına Himayəyə Ehtiyacı Olan Uşaqlara Yardım Fondu mərhəmət, xeyirxahlıq, humanizm kimi ali mənəvi dəyərlərin yaşadılması ilə yanaşı, dost və qardaş xalqlarımız arasında mənəvi körpü missiyasını böyük uğurla həyata keçirir.

    Bu nəcib missiyanın ən parlaq nümunələrindən biri də Sizin Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində məscid inşa etmək təşəbbüsünüzdür. Biz bu təşəbbüsü böyük məmnuniyyət və dərin minnətdarlıq hissi ilə qarşıladıq. Qarabağın bərpa prosesinə dəyərli töhfə olan bu humanist addımınız iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin, dini-mənəvi həmrəyliyin, humanitar əməkdaşlığın və qarşılıqlı etimadın bariz təcəssümüdür.

    Oktyabrın 7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü çərçivəsində Türk dövlət və hökumət başçıları ilə birgə Füzulidə inşa ediləcək məscidin onlayn formatda təməlinin qoyulması bu xeyirxah layihəyə əlavə mənəvi və tarixi məna qazandırıb. Bu təşəbbüs, həmçinin Türk dünyasının ortaq dəyərlərinə, İslam mədəniyyətinə və azad olunmuş torpaqlarımızın mənəvi dirçəlişinə verilən yüksək önəmin göstəricisidir.

    Xüsusilə qeyd etmək istərdik ki, Türk Dövlətləri Təşkilatı, eləcə də Təşkilatın Ağsaqqallar Şurasındakı uğurlu fəaliyyətiniz, Türk dünyasının birliyi, həmrəyliyi və inkişafı naminə səsləndirdiyiniz müdrik çağırışlar və verdiyiniz mesajlar böyük hörmət, ehtiramla izlənilir və yüksək qiymətləndirilir.

    2025-ci ilin iyul ayında Zati-alilərinizin Qarabağa səfəri, o cümlədən Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa məscidini ziyarətiniz zamanı Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ruhuna etdiyiniz dualar qardaşlıq, mənəvi dəyərlərə sədaqət və tarixi irsə hörmətin parlaq nümunəsi kimi xalqımız tərəfindən böyük ehtiramla qarşılanıb.

    İnanırıq ki, Zati-alilərinizin təşəbbüsü ilə Füzuli və Arxadağ şəhərlərinin qardaşlaşması insanlararası təmasların daha da intensivləşməsinə təkan verəcəkdir.

    Hörmətli Qurbanqulu Məlikquliyeviç, Sizin yüksək diqqət və mənəvi dəstəyiniz Füzuli sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır və qəlbimizdə dərin minnətdarlıq hissi oyadır, bölgənin mənəvi həyatına yeni ruh, inam və ümid gətirir. Bu nəcib addım qardaşlığımızın və həmrəyliyimizin tərənnümü kimi qədirbilən Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır.

    Füzuli şəhərində inşa edilən və Azərbaycan-Türkmənistan qardaşlığının mənəvi rəmzinə çevriləcək bu məscidin yaxın zamanda Zati-alilərinizin iştirakı və xeyir-duaları ilə açılışını biz Füzuli sakinləri olaraq böyük səbirsizliklə gözləyirik.

    Fürsətdən istifadə edərək, göstərilən yüksək diqqət və qayğı üçün bütün Füzuli sakinləri adından Zati-alilərinizə bir daha dərin təşəkkürümüzü bildirir, Sizə möhkəm cansağlığı, uzun ömür və Türkmənistan xalqının rifahı naminə gələcək fəaliyyətinizdə davamlı uğurlar arzu edirik. Ulu Tanrıdan qardaş Türkmənistana və xalqına firavanlıq, sülh, əmin-amanlıq və daimi tərəqqi diləyirik.

    Azərbaycan Respublikasının Füzuli şəhərinin sakinləri adından dərin hörmətlə,

    Əliyev Vidadi Əziz oğlu

    Hüseynov Məhəmməd Səyyad oğlu

    Rzayev Atabəy Saleh oğlu

    Əhmədov Taleh Famil oğlu

    Xanlarov Vaqif Əsgər oğlu

    Əliyeva Sevda Yaqub qızı

    Quliyeva Aygün Oktay qızı

    Abdullayev Nizami Ağabala oğlu

    Qəhrəmanova Xuraman Hüseyin qızı

    Quliyev Elman Süleyman oğlu

    Əliyev Füzuli İbrahim oğlu

    Camalxanov Tehran Məmmədəli oğlu

    Abdullayev Məmmədbağir Abdulla oğlu

    Məmmədov Alik Calal oğlu

    Məmmədova Nüşabə Həmid qızı

    Hüseynova Mahnur Eldar qızı

    Əliyeva Fəridə Kamil qızı

    Əliyeva Rəhilə Ənvər qızı

    Nəsirova Gülbahar Allahverdi qızı

    Hüseynova Fəridə Rəhbər qızı".

    #Türk Dövlətləri Təşkilatı #Türkmənistan #Qurbanqulu Berdiməhəmmədov #Qəbələ Bəyannaməsi #Füzuli şəhəri #Türkmənistan Xalq Məsləhəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qırğızıstan TDT Qızıl Aypara Şəbəkəsinə sədrliyi Azərbaycana təhvil verib

    19 Noyabr 2025 12:31

    Bakıda TDT-yə üzv olan dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclası keçirilir

    19 Noyabr 2025 11:27

    Türkmənistanda Üzeyir Hacıbəylinin operettası böyük rəğbətlə qarşılanıb

    17 Noyabr 2025 09:25

    Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında çıxış edib (YENİLƏNİB-2) (FOTO)

    16 Noyabr 2025 13:19

    Mərkəzi Asiya Dövlət Başçılarının “Mərkəzi Asiya+Azərbaycan” formatında 7-ci Məşvərət Görüşünün iclası keçirilib

    16 Noyabr 2025 12:55

    Prezident İlham Əliyev Qarabağın bərpasında Mərkəzi Asiya ölkələrinin Azərbaycana göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndirib

    16 Noyabr 2025 12:32

    Türkiyədən Türkmənistana mebel ixracı 42 milyon dolları keçib (ÖZƏL)

    16 Noyabr 2025 11:00

    Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak edən dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub

    15 Noyabr 2025 23:13

    Özbəkistan Prezidenti Tokayevə ən yüksək dövlət ordenini təqdim edib

    15 Noyabr 2025 15:47

    “Tağıyev” filmi Mərkəzi Asiyanı fəth edir!

    15 Noyabr 2025 13:59

    Adil Kərimli Daşkənddə Nazirlər Konfransında çıxış edib

    15 Noyabr 2025 11:31

    İlk dəfə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçiriləcək

    13 Noyabr 2025 23:25
    Demo
    XƏBƏR LENTİ

    Oktyabr hücumundan bu yana İsrailə 120 min ton hərbi yük daşınıb

    Səudiyyə Yaxın Şərqin ən güclü superkompüteri “Shaheen III”-ü təqdim edib

    Səudiyyə və ABŞ gələcəyin texnologiyalarında birgə əməkdaşlığa başlayır

    Füzuli sakinləri Qurbanqulu Berdiməhəmmədova təşəkkür məktubu ünvanlayıblar

    Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir

    İşsizlikdən sığorta fondunun xərcləri gələn il 5,7 milyon manat artaraq 266,4 milyon manata çatacaq

    Gələn il DSMF əhaliyə builkindən 800 milyon manat çox vəsait ödəyəcək

    Səudiyyənin Pakistana 10 milyard dollarlıq investisiya planı qüvvədədir - Məhəmməd Əurəncəb

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Beynəlxalq STEAM Azərbaycan Festivalını ziyarət edib

    Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.