Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Zəfər Günü ərəfəsində Azərbaycan xalçası Polşa Muzeyinə hədiyyə olunub

    7 Noyabr 2025 14:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    4 noyabr 2025-ci il tarixində Azərbaycanın Polşadakı Səfirliyi tərəfindən Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə Polşanın Asiya və Sakit Okean Muzeyində Qarabağ xalçaçılıq məktəbinə aid "Malıbəyli" xalçasının Muzeyə hədiyyə edilməsi mərasimi təşkil edilib. Mərasimdə Polşa-Azərbaycan parlament qrupunun sədr müavini və üzvləri, diplomatik korpusların nümayəndələri, rəsmi şəxslər, Polşanın elm və incəsənət adamları, yerli media nümayəndələri, eləcə də bu ölkədə yaşayan soydaşlarımız iştirak edib.

    AzerVoice xəbər verir ki, muzeyin direktoru Juzef Zalevski belə dəyərli hədiyyəyə görə Azərbaycanın Polşadakı Səfirliyinə minnətdarlığını ifadə edib. Bu xalçanın Muzeyin kolleksiyasını zənginləşdirəcəyini bildirən direktor həmçinin onu Muzeyə gələn ziyarətçilərin də maraqla qarşılayacaqlarına əmin olduğunu qeyd edib.

    Y.Zalevski Muzeyə bağışlanan bu xalçanın dostluq, qarşılıqlı hörmət və mədəni dəyərlərin qorunmasına hörmətlə yanaşan iki xalq - Azərbaycan və Polşa xalqları arasında körpü rolunu oynayacağına inamını bildirib.

    Mərasimdə çıxış edən N.Qurbanova Azərbaycanda xalçaçılığın qədim tarixə, güclü ənənələrə və zəngin təcrübəyə əsaslandığını, tarixən coğrafi mövqeyinə, dizaynına, kompozisiyasına, rəng seçiminə və texniki xüsusiyyətlərinə görə ölkəmizdə 7 xalçaçılıq məktəbinin mövcud olduğunu diqqətə çatdırıb.

    Səfir qeyd edib ki, əsrlər boyu xalçaçılıq Azərbaycan mədəniyyəti və dekorativ sənətinin mühüm elementi olmuş, xalçalarımız xalqın ruhunu simvolizə etmiş və tariximizdəki mühüm hadisələri əks etdirmişdir.

    Azərbaycan xalçalarının keyfiyyəti və yüksək bədii dəyəri ilə bütün dünyada məşhur olduğunu vurğulayan səfir bir çox xalça nümunələrimizin dünyanın nüfuzlu muzeylərində nümayiş etdirildiyi əlavə edib.

    Həmçinin bir sıra önəmli tarixləri xatırlayaraq səfir N.Qurbanova cari ildə Azərbaycan xalçaçılığının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 15-ci, eyni zamanda ötən il Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının yaradılmasının 30-cu ildönümünün qeyd olunduğunu iştirakçıların diqqətinə çatdırıb. 24 element ilə Azərbaycanın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısında 5-ci pillədə qərarlaşdığı vurğulanıb.

    Dünyada mövcud olan, demək olar ki, bütün növ xalça və kilimlərin Azərbaycanda istehsal olunduğunu xüsusi qeyd edən N.Qurbanova onların hər kvadrat desimetrə düşən ilmələrin sayı ilə müəyyən edilən çox yüksək sıxlığı ilə seçildiyini, məhz bu baxımdan Azərbaycan xalçalarının uzun ömürlü olduğunu diqqətə çatdırıb.

    Səfir Azərbaycan Milli Xalça Muzeyi barədə danışaraq iştirakçılara Muzeyin yaradılması, fəaliyyəti, zəngin kolleksiyası barədə ətraflı məlumat verib. Muzeyin Şuşa şəhərində yerləşən filialından bəhs edərək onun 1987-ci ildə təsis edildiyini, burada müxtəlif adlarda eksponatların nümayiş olunduğunu, 1992-ci ildə Şuşanın işğalından sonra Şuşa filialının binasının dağıdıldığını və Muzeyin kolleksiyasiyasından bəzi nümunələrin təxliyə edildiyini bildirib.

    Bu mərasimin ölkəmizdə - Zəfər Günü kimi qeyd olunan bayram ərəfəsində keçirilməsi təsadüfi deyil. Bu qələbə sadəcə hərbi uğur deyil, eyni zamanda mənəvi, tarixi və mədəni bir qələbə idi. Bu, həyatın dirçəldilməsi - muzeylərin, teatrların və dini ziyarətgahların yenidən qurulması, musiqinin, sənətkarlığın və ənənələrin geri qaytarılması demək idi. 31 ildən sonra 2023-cü ildə yenidən ziyarətçilərin üzünə açılan Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı bu dirçəlişin bariz nümunəsidir.

    Səfir həmçinin Muzeyə hədiyyə olunan "Malıbəyli" xalçası barədə qonaqlara ətraflı məlumat verib. Bu xalçanı Asiya və Sakit Okean Muzeyinə bağışlamaqla, Muzeyin mədəniyyətlərarası anlaşmanı və zəngin Şərq irsini təşviq etmək kimi əlamətdar missiyasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.

    Daha sonra Muzeyin əməkdaşı Karolina Kşıvitska Qarabağ xalçaçılıq məktəbi, bu xalçaçılıq məktəbinə aid olan "Malıbəyli" xalçası barədə qonaqları ətraflı məlumatlandırıb və ənənəvi Azərbaycan xalçaçılıq sənəti haqqında video nümayiş olunub.

    Tədbir çərçivəsində səfir N.Qurbanova Polşanın TVP televiziyasında yayımlanan "Dobrego dnia" verilişinə müsahibə verib.

    Zəfər Günü ərəfəsində Azərbaycan xalçası Polşa Muzeyinə hədiyyə olunub
    Zəfər Günü ərəfəsində Azərbaycan xalçası Polşa Muzeyinə hədiyyə olunub
    Zəfər Günü ərəfəsində Azərbaycan xalçası Polşa Muzeyinə hədiyyə olunub
    Zəfər Günü ərəfəsində Azərbaycan xalçası Polşa Muzeyinə hədiyyə olunub
    Zəfər Günü ərəfəsində Azərbaycan xalçası Polşa Muzeyinə hədiyyə olunub
    #UNESCO #Polşa #xalça #xalça ixracı #Zəfər Günü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Keçən il Türkiyədən Misirə xalça ixracı 1 milyon dolları keçib (ÖZƏL)

    18 Yanvar 2026 13:00

    Keçən il Türkiyədən Türkmənistana xalça ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    16 Yanvar 2026 10:00

    “Qarabağ”ın növbəti yoxlama oyunları bu tarixlərdə keçiriləcək

    14 Yanvar 2026 14:41

    Keçən il Türkiyədən Özbəkistana xalça ixracı 7 milyon dolları keçib (ÖZƏL)

    12 Yanvar 2026 09:51

    Keçən il Türkiyədən Qazaxıstana xalça ixracı 38 milyon dolları keçib (ÖZƏL)

    9 Yanvar 2026 14:25

    Keçən il Türkiyədən Azərbaycana xalça ixracı 9 milyon dolları keçib (ÖZƏL)

    7 Yanvar 2026 10:37

    Türkiyənin xalça ixracı 2 milyard dolları keçib (ÖZƏL)

    5 Yanvar 2026 16:22

    2025-ci ildə 180 mədəniyyət nümunəsi Türkiyəyə qaytarılıb

    30 Dekabr 2025 12:46

    Polşada iki hava limanı fəaliyyətini bərpa edib

    27 Dekabr 2025 14:30

    Türkiyədən Qazaxıstana xalça ixracı azalıb (ÖZƏL)

    24 Dekabr 2025 14:47

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzi (ICHCAP) tərəfindən təşkil edilən Beynəlxalq Konfransında iştirak edib

    22 Dekabr 2025 17:53

    Türkiyədən Qırğızıstana xalça ixracı 19 milyon dolları keçib (ÖZƏL)

    21 Dekabr 2025 10:00
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycan Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıb

    Prezident İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

    BMT-də beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycanın mövqeyi diqqətə çatdırılıb

    Tarixdə bu gün - 20 yanvar

    Rəsmi Bakı Pakistana başsağlığı verdi

    Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

    Türkiyə İŞİD terrorçularının azad edilməsi iddialarını təkzib edib

    Prezident İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb

    İtaliya Aİ ilə ABŞ arasında qarşıdurmaya qarşı çıxdı

    Prezident İlham Əliyev Davosda “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru ilə görüşüb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.