Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiyası üzrə dövlət komissiyalarının növbəti iclası Ermənistanda keçiriləcək

    28 Noyabr 2025 20:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Komissiyanın növbəti görüşü Ermənistanda keçiriləcək.

    AzerVoice xəbər verir ki, məmnunluqla qeyd olunub ki, komissiyaların 12-ci görüşü tərəflərdən birinin ərazisində – Azərbaycanın Qəbələ şəhərində keçirilir.

    Tərəflər növbəti görüşün tarixini iş qaydasında, Ermənistan Respublikasının şəhərlərindən birində, müəyyən etmək barədə razılığa gəliblər.

    Qeyd edək ki, noyabrın 28 -də Azərbaycan Respublikasının Qəbələ şəhərində Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 12-ci görüşü keçirilmişdir.

    Görüş zamanı tərəflər 16 yanvar 2025-ci il tarixində keçirilmiş 11-ci görüşün yekunları üzrə əldə olunmuş, delimitasiyası üzrə kompleks işlərin dövlət sərhədinin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə, razılaşmanı qeyd etmişlər.

    Tərəflər delimitasiya tədbirləri ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparmışlar.

    Həmçinin delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair müvafiq təlimat layihələri müzakirə olunmuşdur.

    Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının baş nazirinin müavini Mher Qriqoryan qarşılıqlı maraq doğuran məsələlər üzrə ayrıca fikir mübadiləsi aparmışlar.

    #Ermənistan #Şahin Mustafayev #Qəbələ #Mher Qriqoryan #İran İslam Respublikası ilə sərhəd #Azərbaycan-Ermənistan delimitasiya komissiyası #komissiyaların 12-ci görüşü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəbələdə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti görüşü keçirilib

    28 Noyabr 2025 20:06

    Şahin Mustafayev Rusiya hökuməti sədrinin müavini ilə görüşüb

    26 Noyabr 2025 13:29

    Azərbaycan gələn il Horadiz-Ağbənd xəttini Ermənistan sərhədinə qədər çatdıracaq

    26 Noyabr 2025 12:42

    ATƏT PA-da Bakı–İrəvan parlament görüşü: Ermənistan tranzit qərarına görə Azərbaycana təşəkkür etdi

    26 Noyabr 2025 12:19

    Orta Dəhliz - sadəcə marşrut deyil, innovasiya və iqtisadi artımın hərəkətverici qüvvəsidir

    22 Noyabr 2025 16:18

    Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    21 Noyabr 2025 19:22

    Qazaxıstan Ermənistan və Azərbaycanın sülhə nail olmaq səylərini alqışlayır - Tokayev

    21 Noyabr 2025 15:02

    Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimadın formalaşması vacibdir - Xaçaturyan

    21 Noyabr 2025 12:31

    Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Bakıya səfər edib

    21 Noyabr 2025 11:10

    Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib

    20 Noyabr 2025 19:40

    Azərbaycan-Ermənistan arasında sülh danışıqlarını davam etdirəcək İşçi Qrup fəaliyyətə başlayıb

    19 Noyabr 2025 17:40

    Paşinyan resurs əldə etmək üçün Qazaxıstana gedir - Bakısız mümkün deyil

    19 Noyabr 2025 16:40
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiyası üzrə dövlət komissiyalarının növbəti iclası Ermənistanda keçiriləcək

    Qəbələdə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti görüşü keçirilib

    Almaniya kansleri Fridrix Mers dekabrda İsrailə səfər edəcək

    Rəfahdakı tunellərdə doqquz HƏMAS döyüşçüsünün cəsədi aşkarlanıb

    Gələcəyin Peşələri Sammiti: Bakı-2025 tədbiri keçirilib

    Clean Energy Capital MMC ilə dənizdə külək enerjisi layihəsinə dair İcra Müqaviləsi imzalanıb

    Beynəlxalq Muğam Mərkəzində Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olunub

    BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıqla bağlı yerləşmə vasitələri ilə görüş keçirilib

    Oktyabr ayında Türkiyənin Qaradəniz ölkələrinə ixracı 33 milyard dolları keçib (ÖZƏL)

    Ramos Dünya Çempionatında iştirak etmək istəyir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.