Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Azərbaycanla Ermənistan arasında ədalətli barış hər kəs üçün faydalı olacaq - Cevdat Yılmaz

    9 Avqust 2025 15:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice,Nailə Babazadə

    Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları ilə bağlı açıqlama verib. O bildirib ki, ədalətli və qarşılıqlı hörmətə əsaslanan bir sülh mühiti bütün bölgə üçün müsbət nəticələr verəcək.

    AzerVoice xəbər verir ki,sosial media hesabında açıqlama yayan Yılmaz, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın Ağ Evdə birgə sülh bəyannaməsi imzalamasını məmnunluqla qarşıladıqlarını qeyd edib.

    Yılmaz, bu prosesin davamlı və dayanıqlı sülhlə nəticələnməsini arzuladıqlarını bildirib.

    Türkiyənin vitse-prezidenti bildirib ki, Azərbaycan və Ermənistan arasında əldə olunacaq sülh təkcə iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün sabitlik və rifah anlamına gələcək.

    “Davamlı sülh, Türkiyənin Qafqazla, xüsusilə Orta Asiya ilə iqtisadi əlaqələrinə də töhfə verəcək. Ticarət, sərmayə, turizm, enerji, logistika və infrastruktur sahələrində yeni imkanlar yaranacaq. Bu həmçinin Azərbaycan və Ermənistanla yanaşı, Türkiyənin, xüsusilə Şərqi Anadolu bölgəsinin inkişafına da müsbət təsir edəcək,” – deyə Yılmaz vurğulayıb.

    Yılmaz, Ermənistan Baş naziri Nikol Paşinyanın daxili siyasi təzyiqlərə baxmayaraq ölkəsi üçün sülhü müdafiə etdiyini və bunun təqdir olunmalı bir addım olduğunu söyləyib.

    “Bu günə gəlinməsində göstərdiyi liderlik üçün Prezident İlham Əliyevə, kritik dönəmlərdə qardaş Azərbaycana verdiyi strateji dəstəyə görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edirik. Ədalətli sülhdən hər kəs faydalanacaq. Qarşılıqlı hörmətə və yaxşı qonşuluq prinsiplərinə əsaslanan bir mühit hər kəsin xeyrinə olacaq. Türkiyə olaraq Cənubi Qafqazda sülh, sabitlik və rifahı dəstəkləməyə davam edəcəyik,” – deyə Yılmaz qeyd edib

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Cevdet Yılmaz #Cənubi Qafqaz #Nikol Paşinyan #Azərbaycan-Ermənistan #ABŞ Azərbaycan Ermənistan münasibətləri #Azərbaycan Ermənistan sülh razılaşması #Azərbaycan Ermənistan danışıqları #Azərbaycan Ermənistan sülh müqaviləsi #ABŞ Azərbaycan Ermənistan liderlər görüşü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı mövzusunda panel sessiyalar təşkil olunub

    8 Dekabr 2025 23:16

    Türkiyə Suriya ərazi bütövlüyünü və sabitliyini dəstəkləyir - Ərdoğan

    8 Dekabr 2025 16:46

    İran Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir

    8 Dekabr 2025 14:02

    Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir

    7 Dekabr 2025 14:42

    Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib

    7 Dekabr 2025 14:21

    Hikmət Hacıyev və Armen Qriqoryan panel müzakirəsində iştirak ediblər

    6 Dekabr 2025 15:47

    Cənubi Qafqazda yeni reallıqlar və status-kvo qururuq - Hikmət Hacıyev

    6 Dekabr 2025 14:58

    Asılılıqla mübarizədə birlikdə olmalıyıq - Ərdoğan

    6 Dekabr 2025 14:05

    Azərbaycan TDT ilə sosial sahədə təcrübə mübadiləsinə hazırdır - Nazir

    6 Dekabr 2025 13:15

    "Fənərbaxça"dan ayrılan müdafiəçi İstanbul klubunun hədəfindədir

    6 Dekabr 2025 13:10

    Ərəb və müsəlman ölkələri Qəzza sakinlərinin Misirə köçürülməsi planı ilə bağlı narahatdır

    6 Dekabr 2025 10:17

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17
    Demo
    XƏBƏR LENTİ

    Tramp, Avropanı Putinə satır - İngiltərəli siyasətçi

    Tarixdə bu gün – 9 Dekabr

    Prezident İlham Əliyev: Slovakiya və Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır

    ƏMAS-da kvota üzrə iş yerlərinin idarə olunması üçün də yeni funksionallıq yaradılıb

    İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı mövzusunda panel sessiyalar təşkil olunub

    Türkiyə və Macaristan arasında ticarət həcmi 10 milyard dollara yüksəlib

    Azərbaycan və Slovakiya Prezidentləri Bratislavada Devin qəsrində olublar

    Netanyahu Tramp ilə dekabrın 29-da Qəzza atəşkəsinin növbəti mərhələsini müzakirə edəcək

    Azərbaycan və Slovakiya Prezidentləri Bratislavada Azadlıq Qapısı abidəsini ziyarət ediblər

    Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.