Ölkəmizdə səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri
Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da Fəxri xiyabanı ziyarət
edib.
AzerVoice xəbər verir ki, Qurbanqulu
Berdiməhəmmədov xalqımızın Ümummilli Lideri, müasir müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini
ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Türkmənistan Xalq Məsləhətinin sədri görkəmli oftalmoloq-alim,
akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə
tər çiçəklər düzüb.