İyunun 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov
Özbəkistan Respublikasına rəsmi səfərə gedib.
Bu barədə AzerVoice-ə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Daşkənd Beynəlxalq Hava Limanında Ə.Əsədovu
Özbəkistan Respublikası Baş nazirinin müavini Cəmşid Kuçkarov və
digər rəsmi şəxslər qarşılayıblar.