Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Qubadlı Şəhəri Günü münasibətilə silsilə tədbirlər keçirilib

    25 Oktyabr 2024 22:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    25 Oktyabr - Qubadlı Şəhəri Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

    Bu barədə AzerVoice-a Müdafiə Nazirliyindən məlumat verilib.

    Şəhid ailələrinin üzvləri, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri və müharibə veteranlarının iştirak etdiyi tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Çıxış edənlər Ermənistan silahlı birləşmələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində əldə etdiyimiz şanlı Zəfərin tarixi əhəmiyyətini, torpaqlarımızın işğaldan azad olunması naminə xalqımızın Vətən müharibəsində nümayiş etdirdiyi həmrəyliyi, dövlətimizin ətrafında sıx birləşməsini xüsusi vurğulayıb, eləcə də Qubadlının düşməndən azad edilməsinin strateji rolundan danışıblar.

    Qeyd olunub ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları xalqımızın tarixi ənənələrinə verilən yüksək dəyərin göstəricisidir.

    Tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi, eləcə də hərbi orkestrlərin ifasında vətənpərvərliyi tərənnüm etdirən musiqi nömrələri təqdim edilib.

    Qubadlı Şəhəri Günü münasibətilə silsilə tədbirlər keçirilib
    Qubadlı Şəhəri Günü münasibətilə silsilə tədbirlər keçirilib
    Qubadlı Şəhəri Günü münasibətilə silsilə tədbirlər keçirilib
    Qubadlı Şəhəri Günü münasibətilə silsilə tədbirlər keçirilib
    #Müdafiə Nazirliyi #Qubadlı Şəhəri Günü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olundu

    14 Fevral 2026 20:22

    MN rəhbərliyi “World Defense Show 2026” sərgisində iştirak edib

    9 Fevral 2026 12:41

    Ordumuzun həftəlik fəaliyyətinə dair icmal

    8 Fevral 2026 13:34

    Azərbaycan və Pakistan HDQ-ləri arasında əməkdaşlıq genişləndirilir

    6 Fevral 2026 18:56

    Zakir Həsənov iranlı həmkarı ilə hərbi əməkdaşlığın perspektivlərini müzakirə edib

    6 Fevral 2026 16:34

    Milli Müdafiə Universiteti xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulu elan edir

    1 Fevral 2026 13:03

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

    1 Fevral 2026 12:00

    Azərbaycan-BƏƏ hərbçilərinin “Sülh Qalxanı – 2026” birgə təliminin hazırlıq məşqləri keçirilir

    31 Yanvar 2026 11:00

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

    25 Yanvar 2026 14:31

    Müdafiə Nazirliyi və Dövlət Komitəsi arasında birgə tədbirlər planı imzalanıb

    19 Yanvar 2026 16:38

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

    18 Yanvar 2026 13:54

    ADEX 2026: Müdafiə sənayesində yeni məhsul və texnologiyalar Bakıda sərgilənəcək

    14 Yanvar 2026 12:28
    XƏBƏR LENTİ

    Mədinədə "Hicrət: Peyğəmbərin izi ilə" sərgisinin açılışı olub

    Bu gün Hitlerə qarşı çıxan alman gənclər edam edildi

    Türkiyənin NATO-ya üzvlüyü, Osmanlının İslahatı və Plutonun Kəşfi: 18 Fevral Dosyesi

    Rusiyada rabitə prezidentin fərmanları əsasında kəsilə biləcək

    Qəzza aclıq və bahalıq fonunda üçüncü Ramazana daxil olur

    Kral Salman dünya müsəlmanlarını Ramazan ayı münasibətilə təbrik edib

    İsrailin Somalilendi tanımasının Somalilendə faydası yoxdur - Prezident Ərdoğan

    Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb

    İran ABŞ arasında Cenevrədə kritik nüvə danışıqları baş tutub

    Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də sabah Ramazan ayı başlayır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.