BAKI, AzerVoice, Nailə Babazadə
Pakistanın Pəncab əyalətinə bağlı Faysalabad şəhərində fəaliyyət göstərən yapışqan (tutkal) fabrikində qaz sızması nəticəsində baş verən partlayışda 15 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.
AzerVoice xəbər verir ki, rəsmilər Malikpur bölgəsindəki fabrikdə baş verən partlayışın qaz sızmasından qaynaqlandığını, yaranan yanğının isə ətrafdakı binalara yayıldığını bildiriblər.
Partlayış nəticəsində 15 nəfərin öldüyü, çox sayda insanın yaralandığı açıqlanıb.
Rəsmilər əlavə ediblər ki, partlayışın gücü ilə ərazidəki 7 ev zərər görüb, fabrikin və ona bitişik evlərin damları çöküb.
Hadisə ilə bağlı araşdırma komissiyasının yaradıldığı elan olunub.