Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Əriyən buzlaqlar milyonlarla insan üçün su təhlükəsi yaradır

    25 Yanvar 2025 15:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Ümumdünya Meteorologiya Təşkilatının (WMO) baş katibi Celeste Saulo xəbərdarlıq edib ki, buzlaqların əriməsi milyonlarla insanın uzunmüddətli su təhlükəsizliyini təhdid edir.

    WMO və UNESCO bu gün rəsmi olaraq “Buzlaqların Mühafizəsi üzrə Beynəlxalq İli” təşəbbüsünə start verib. Bu kampaniya 2 milyarddan çox insana şirin su təmin edən buzlaqların qorunması istiqamətində qlobal səyləri gücləndirmək məqsədi daşıyır.

    Təşəbbüs çərçivəsində təşkil ediləcək tədbirlər iqlim dəyişikliyinin buzlaqlara təsiri və onların əriməsinin yaratdığı qlobal su çatışmazlığı barədə məlumatlılığı artırmaq üçün nəzərdə tutulub.

    Bəyanatda qeyd olunub ki, UNESCO və WMO bu il 75-dən çox beynəlxalq təşkilat və 35 ölkə ilə əməkdaşlıq edəcək. Təşəbbüs çərçivəsində qlobal buzlaq monitorinqi sistemləri təkmilləşdiriləcək, buzlaqların əriməsinin yaratdığı təhlükələr barədə erkən xəbərdarlıqlar veriləcək və su ehtiyatlarının davamlı idarə olunması üçün həll yolları araşdırılacaq.

    Celeste Saulo bildirib ki, 2024-cü il tarixdə ən isti il olaraq qeydə alınıb və bu, iqlim dəyişikliyinin ciddi təsirlərinə dair qırmızı xəbərdarlıqdır. O, buzlaqların 2023-cü ildə ən böyük kütləvi itkisini yaşadığını vurğulayaraq,
    "Əriyən buzlaqlar milyonlarla insan üçün uzunmüddətli su təhlükəsizliyi problemini daha da dərinləşdirir. Bu beynəlxalq il dünya üçün bir oyanış siqnalı olmalıdır." - deyə bildirib.

    #Ümumdünya Meteorologiya Təşkilatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran quraqlığa dəniz suyu ilə həll yolu axtarır

    6 Dekabr 2025 15:43

    BMT Konqo və Ruanda arasında imzalanan sülh razılaşmasını alqışlayıb

    6 Dekabr 2025 14:26

    2025 ən isti illərdən olub - Ümumdünya Meteorologiya Təşkilatı

    6 Dekabr 2025 14:16

    Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı olub

    5 Dekabr 2025 17:48

    “Çin–Qırğızıstan–Özbəkistan” dəmir yolunun tikintisinə başlanılıb

    5 Dekabr 2025 17:27

    Rusiya və Hindistan liderləri strateji əməkdaşlığı gücləndirdi

    5 Dekabr 2025 13:56

    Qarşıdakı 5 ildə qlobal temperatur rekord səviyyəyə çatacaq

    31 May 2025 16:00

    Avropa istilik rekordları ilə sarsılır

    20 Aprel 2025 17:00

    2015-2024-cü illər tarixin ən isti 10 ili olub

    19 Mart 2025 16:50

    Şərqi Aralıq dənizi və Cənub-Şərqi Anadoluda güclü toz buludu gözlənilir

    5 Mart 2025 10:30

    Sakit okeanda temperatur 3 dəfə sürətlə artıb - Ümumdünya Meteorologiya Təşkilatı

    27 Avqust 2024 16:30

    Hindistanda şiddətli istilər səbəbindən 192 evsiz insan ölüb

    21 İyun 2024 11:51
    Demo
    XƏBƏR LENTİ

    Avropa öz gücünü doğru qiymətləndirmir - Kaya Kallas

    Qüdsi Osmanovun Rumıniyanın Timişoara şəhərinə rəsmi səfəri baş tutub

    Türkiyədən Azərbaycana dəri ixracı 11 milyon dolları keçib (ÖZƏL)

    Qəzza zolağında son 48 saatda 6 Fələstinli həlak olub

    "Beşiktaş" "Çelsi"nin müdafiəçisini transfer etmək istəyir

    Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

    Hikmət Hacıyev və Armen Qriqoryan panel müzakirəsində iştirak ediblər

    İran quraqlığa dəniz suyu ilə həll yolu axtarır

    Alba karyerasının son oyununa çıxır

    Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.