Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    BTQ Yeni Kaledoniyada baş vermiş etiraz aksiyalarına dair rəsmi hesabatı ictimaiyyətə təqdim etdi

    30 Yanvar 2026 16:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice

    İnsan hüquqları üzrə milli məsləhətçi komissiya (La Commission nationale consultative des droits de l’homme) 29 yanvar 2026-cı il tarixində Kanakidə (Yeni Kaledoniya) baş vermiş etiraz aksiyalarına dair rəsmi hesabat dərc etmişdir. Həmin sənəddə Fransa dövlət orqanları tərəfindən Kanak xalqına qarşı tətbiq edilmiş zorakı müdaxilələrin sistemli xarakter daşıdığı, hüquq-mühafizə orqanları tərəfindən qeyri-mütənasib və əsassız güc istifadə edildiyi xüsusi qeyd edilmiş, bu repressiv yanaşmanın fundamental insan hüquqları və beynəlxalq öhdəliklərlə açıq ziddiyyət təşkil etdiyi kəskin şəkildə tənqid edilmişdir.

    AzerVoice Bakı Təşəbbüs Qrupuna istinadən xəbər verir ki, sözügedən hesabatda Kanakidə dinc aksiyalar zamanı təhlükəsizlik qüvvələrinin fəaliyyəti, habelə məhkəmə orqanlarının və bütövlükdə ədliyyə sisteminin davranışı beynəlxalq insan hüquqları standartları prizmasından sistemli şəkildə təhlil edilmiş, aparılmış qiymətləndirmə nəticəsində hüquq-mühafizə və məhkəmə institutlarının fəaliyyətində ciddi uyğunsuzluqlar aşkar edilmişdir. Bu uyğunsuzluqlar müvafiq dövlət orqanlarının institusional məsuliyyəti, hüquqi prosedurların pozulması və Fransanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin icra etməməsi kontekstində əsaslandırılmışdır.

    Fundamental hüquqlara dair pozuntularla bağlı rəyin həmməruzəçisi Tartakowsky dövlət institutlarının fəaliyyətində çoxsaylı struktur, hüquqi və əməliyyat xarakterli çatışmamazlıqların sistemli şəkildə üzə çıxdığını bildirmişdir.

    Məsələnin yüksək həssaslıq daşıdığını nəzərə alan Komissiyasının sədri, vəkil

    Hesabatda qeyd edilir ki, 13 may 2024-cü il tarixindən etibarən arxipelaqda seçici korpusunun zorla dəyişdirilməsinə qarşı etirazlarla əlaqədar zorakılıq hadisələrinin intensivləşdiyi dövrdən başlayaraq təhlükəsizlik qüvvələri tərəfindən kanak əhalisini hədəf alan zorakı repressiv tədbirlər həyata keçirilmişdir.

    Komissiya Fransanın məhkəmə sisteminin hadisələrə reaksiyasını da sərt şəkildə tənqid edir və qeyd edir ki, əhalisi təxminən 260 min nəfər olan arxipelaqda 6 minədək polis və jandarmın yerləşdirilməsi fonunda, baş vermiş zorakılıq hadisələri ilə əlaqədar 2 528 nəfər saxlanılmış, 500-dən artıq şəxs barəsində isə məhkəmə icraatı başlanılmışdır. Komissiyanın qiymətləndirməsinə görə, bu repressiv tədbirlər faktiki olaraq yalnız kanak əhalisinə qarşı yönəlmişdir.

    Hesabatın digər bölməsində qeyri-qanuni həbs edilmiş kanak məhkumların həbsxanalarda saxlanma şəraitinə yer ayrılmışdır. Həbsxanada qeyri-insani davranış, məhkəmə qərarı olmadan insanların cəzaçəkmə müssisələrinə yerləşdirilməsi nəticəsində həbsxana daxilində etiraz aksiyaları, hətta üsyanlar baş vermişdir. Sözügedən hadisələr zamanı bir məhbusun həyatını itirdiyi qeyd edilir və şahidlərin ifadələrinə görə, həmin şəxsin təhlükəsizlik qüvvələrinin tətbiq etdiyi zorakılıq nəticəsində həlak olduğu xüsusilə vurğulanır.

    Komissiya qeyd edir ki, materik Fransaya köçürülən məhbuslar hazırda bir sıra ciddi çətinliklərlə üzləşirlər. Belə ki, materik Fransada evlərindən təxminən 17 min kilometr uzaqda saxlanılan şəxslərin qış geyimi və geri dönüş bileti olmadan azad edilməsi, hüquqi təminatların kobud şəkildə pozulması ilə yanaşı, ədalətin mahiyyətinə və legitimliyinə ciddi zərbə vurur.

    Hesabatın müəllifləri zorakılıqlardan sonrakı dövrü də təhlil etmişdir. İğtişaşların yaratdığı dağıntılar səbəbindən Kanakidə iqtisadiyyat ciddi şəkildə zərər görmüş, böhrandan sonrakı aylarda bir sıra sosial proqramlar dayandırılmışdır.

    Hesabatın yekununda Komissiya bir sıra tövsiyələr irəli sürərək, polis zorakılığı ilə bağlı halların müstəqil və əhatəli şəkildə araşdırılmasının təmin edilməsini və həbsxanalarda saxlanma şəraitinin beynəlxalq insan hüquqları standartlarına uyğun şəkildə yaxşılaşdırılmasını müvafiq orqanların diqqətinə çatdırır.

    https://www.cncdh.fr/sites/default/files/2026-01/Projet%20avis%20Nouvelle-Calédonie-AP-29.01.2026-vfinale.pdf

    Yeni Kaledoniya: iğtişaşların təhlükəsizlik və məhkəmə yolu ilə idarə olunması CNCDH-nin hesabatında tənqid edilib

    BTQ Yeni Kaledoniyada baş vermiş etiraz aksiyalarına dair rəsmi hesabatı ictimaiyyətə təqdim etdi
    #CNCDH: Yeni Kaledoniyada kanaklara qarşı zorakılıq sistemli xarakter daşıyır #Fransa Yeni Kaledoniya etirazlarına görə insan hüquqları baxımından tənqid edilib #Kanak etirazları üzrə Fransa təhlükəsizlik qüvvələrinin fəaliyyəti ifşa olunub #Yeni Kaledoniyada məhkəmə və polis davranışı sərt tənqidə məruz qalıb #CNCDH hesabatı: repressiyalar əsasən kanak əhalisinə yönəlib #Fransa Yeni Kaledoniyada beynəlxalq öhdəlikləri pozmaqda ittiham olunur #CNCDH’den Fransa’ya Yeni Kaledonya eleştirisi #Kanak protestolarında polis şiddeti rapora yansıdı #Fransa’nın Yeni Kaledonya politikası insan hakları ihlali olarak değerlendirildi #Yeni Kaledonya’da yargı ve güvenlik güçleri eleştirildi #CNCDH raporu: Baskı önlemleri Kanak halkını hedef aldı #Fransa Yeni Kaledonya’da yükümlülüklerini ihlal etti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fidan və Əraqçi birgə bəyanatda İrana hərbi müdaxiləyə qarşı olduqlarını bildiriblər

    30 Yanvar 2026 16:29

    Tramp Federal Ehtiyat Sisteminin rəhbərliyinə namizədi açıqlayıb

    30 Yanvar 2026 16:12

    BTQ Yeni Kaledoniyada baş vermiş etiraz aksiyalarına dair rəsmi hesabatı ictimaiyyətə təqdim etdi

    30 Yanvar 2026 16:04

    "İŞİD" ailələrinin düşərgəsi mühasirədə: Suriya ordusundan Əl-Hol üçün strateji qərar qəbul edildi

    30 Yanvar 2026 13:49

    Türkiyə İran-ABŞ gərginliyinin azaldılması üçün vasitəçilik səylərini gücləndirir

    30 Yanvar 2026 10:50

    HƏMAS girovların qaytarılmasında mühüm rol oynayıb - Tramp

    30 Yanvar 2026 10:01

    Tramp İran, Böyük Britaniya və Kubaya xəbərdarlıq edib

    30 Yanvar 2026 09:50

    Rusiya Əsədin Moskva­da yaşaması ilə bağlı açıqlama verib

    30 Yanvar 2026 09:26

    Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi

    30 Yanvar 2026 09:09

    İran SEPAH-ın terror siyahısına salmasını riyakarlıq adlandırıb

    29 Yanvar 2026 23:21

    ABŞ-ın Yaxın Şərqdəki döyüş gəmilərinin sayı ona çatıb - Tramp İrana qarşı təzyiqləri gücləndirir

    29 Yanvar 2026 23:05

    Tramp Putindən atəşkəs pauzası istəyib – Ukrayna şəhərlərinə zərbələr müvəqqəti dayandırıla bilər

    29 Yanvar 2026 22:46
    Demo
    XƏBƏR LENTİ

    Bu gənclərə Prezident mükafatı verildi

    “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planı təsdiq edilib

    Fidan və Əraqçi birgə bəyanatda İrana hərbi müdaxiləyə qarşı olduqlarını bildiriblər

    Tramp Federal Ehtiyat Sisteminin rəhbərliyinə namizədi açıqlayıb

    BTQ Yeni Kaledoniyada baş vermiş etiraz aksiyalarına dair rəsmi hesabatı ictimaiyyətə təqdim etdi

    ADA Universiteti ilə Türkmənistan XİN-nin Beynəlxalq Münasibətlər İnstitutu arasında videokonfrans formatında görüş keçirilib

    İnvest Time ilk podcast buraxılışını təqdim etdi: Gənclər üçün investisiya və maliyyə savadlılığı rəhbəri

    “Məşğulluğa Dəstək Layihəsi” benefisiarları arasında sorğu keçirilib

    Nick Talbot Vüqar Oruca təşəkkür məktubu göndərib

    "İŞİD" ailələrinin düşərgəsi mühasirədə: Suriya ordusundan Əl-Hol üçün strateji qərar qəbul edildi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.