Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Tramp ABŞ-ın böyük şəhərlərinə Milli Qvardiya göndərməyə hazırdır

    10 Sentyabr 2025 06:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər yerli hakimiyyət orqanları ondan xahiş etsələr, cinayətkarlıqla mübarizə aparmaq üçün Amerikanın böyük şəhərlərinə Milli Qvardiya göndərəcək.

    AzerVoice xəbər verir ki, bu barədə Tramp video-müraciətində deyib.

    “Çikaqoya kömək lazımdır, digər şəhərlərə də kömək lazımdır və biz bunu edəcəyik, çünki Amerikada təhlükəsizliyi bərpa etməyə hazırlaşırıq” - deyə, o qeyd edib.

    Dövlət başçısı, bir çox şəhərlərdə cinayətkarlıq səviyyəsinin yüksək olduğunu vurğulayıb və bunun səbəbini yerli hakimiyyətin yürütdüyü yanlış siyasətdə görüb. O, misal üçün, Şimali Karolinanın Şarlott şəhərində 23 yaşlı ukraynalı İrina Zarutskayanın qətl hadisəsini göstərib. Tramp bundan əvvəl bu qətlin məsuliyyətini daha əvvəl məhkum olunmuş amerikalı tərəfindən törədildiyini və məsuliyyətin demokratların üzərində olduğunu bəyan etmişdi.

    ABŞ prezidenti qeyd edib ki, ABŞ hakimiyyəti cinayətkarlara ölkə boyu “dağıntı və ölüm yaymağa” imkan verə bilməz və onlara qəti cavab verməlidir.

    Daha əvvəl Tramp Çikaqo, Baltimor və Luiziana ştatına qoşun göndərməyi təklif etmişdi. Avqustun 11-də isə o, Vaşinqton polisinin müvəqqəti olaraq federal nəzarətə keçirildiyini və şəhərdə cinayətkarlıqla mübarizə üçün Milli Qvardiyanın yerləşdirildiyini açıqlamışdı.

    Məlumat üçün bildirək ki, ABŞ Milli Qvardiyası silahlı qüvvələrin ehtiyat hissəsidir və ölkə daxilində fövqəladə hallarda, məsələn, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, təxliyələrdə və ya iğtişaşların yatırılmasında cəlb olunur.

    #ABŞ #Donald Tramp #Baltimor #Vaşinqton #Çikaqo #Milli Qvardiya #ABŞ Milli Qvardiya #Vaşinqton Milli Qvardiya #ABŞ-ın böyük şəhərləri #Şarlott #Şimali Karolina #Luiziana
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

    Türkiyənin polad ixracında Qazaxıstan istiqamətində ciddi azalma (ÖZƏL)

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    Xaricdə təhsil üzrə dövlət proqramına müraciətlər apreldə başlayır

    Qalatasaray Çempionlar Liqasında Yuventusu qəbul edəcək

    Prezident İlham Əliyev Aleksandar Vuçiç ilə qeyri-rəsmi səhər yeməyində iştirak edib

    İspaniya üçün yeni seçim KAAN ola bilər

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    Mediada boşanmaqla bağlı yalan məlumat yayanlar həbs ediləcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.