Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    ABŞ-a sərt mesaj - Venesuela sərhədə 15 min əsgər göndərir

    26 Avqust 2025 11:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın Karib dənizinə üç döyüş gəmisi göndərmə qərarına cavab olaraq, “Heç kim Venesuela ərazisinə toxunmağa cəsarət etməməlidir,” deyərək 15,000 əsgər və polisin Kolumbiya sərhədinə yerləşdiriləcəyini elan edib.

    AzerVoice xəbər verir ki, Maduro ABŞ-ın “narkotiklərlə mübarizə” siyasətini tənqid edərək, narkotik ticarətinin əsasən Kolumbiya və Mərkəzi Amerika üzərindən idarə olunduğunu, Venesuelanın isə bu ticarətlə əlaqəsinin olmadığını bildirib. O, ABŞ-ın Əfqanıstan, İraq və Liviyaya “terror” bəhanəsi ilə müdaxilə etdiyini xatırladaraq, “Venesuela ərazisi təmizdir, hökumətimiz və silahlı qüvvələrimiz azaddır,” - deyə bildirib. Maduro, ABŞ-ın Karib dənizinə hərbi yerləşdirməsini pisləyərək, narkotiklərin böyük hissəsinin Sakit Okean üzərindən daşındığını, lakin ABŞ-ın öz cəmiyyətindəki narkotik istifadəsi ilə mübarizə aparmadığını vurğulayıb.

    Venesuelanın daxili işlər, ədliyyə və sülh naziri Diosdado Kabello, Kolumbiya sərhədindəki Zulia və Tachira əyalətlərinə 15,000 əsgər və polis yerləşdiriləcəyini açıqlayıb. Kabello, “Sərhəddə qanunsuz fəaliyyətə icazə verməyəcəyik. 2025-ci ildə 52 tondan çox narkotik ələ keçirdik,” - deyərək təhlükəsizlik qüvvələrinin səmərəli döyüş vahidi olduğunu bildirib.

    Qeyd edək ki, ABŞ-ın Karib dənizinə USS Gravely, USS Jason Dunham və USS Sampson esminesləri ilə 4,000 dənizçi və piyada göndərməsi, Venesuela ilə gərginliyi artırıb. Tramp administrasiyasının Maduroya qarşı “Cartel de los Soles” ittihamı və 50 milyon dollarlıq mükafat elanı bu böhranı dərinləşdirir. Maduronun sərt bəyanatları və sərhədə hərbi yerləşdirmə qərarı, regionda potensial eskalasiyaya səbəb ola bilər.

    #ABŞ #Venesuela #Nikolas Maduro #narkotik maddə #terror #Sakit okean #Maduro çağırışı #Karib dənizi böhranı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Avropa öz gücünü doğru qiymətləndirmir - Kaya Kallas

    6 Dekabr 2025 16:55

    Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

    6 Dekabr 2025 15:59

    Hikmət Hacıyev və Armen Qriqoryan panel müzakirəsində iştirak ediblər

    6 Dekabr 2025 15:47

    Cənubi Qafqazda yeni reallıqlar və status-kvo qururuq - Hikmət Hacıyev

    6 Dekabr 2025 14:58

    Əgər Avropa böyük olmaq istəyirsə, özünü müdafiə edə bilməlidir - Meloni

    6 Dekabr 2025 09:57

    ABŞ Livana 90,5 milyon dollarlıq hərbi texnika satışını təsdiqləyib

    6 Dekabr 2025 09:25

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    ABŞ Kanadaya 2,68 milyard dollar dəyərində hava hücumu silahlarının satışını təsdiqləyib

    5 Dekabr 2025 11:12

    2026 Dünya Kuboku ilk dəfə 48 komanda ilə keçiriləcək

    5 Dekabr 2025 10:17

    BMT Təhlükəsizlik Şurası 14 İldən Sonra İlk Dəfə Suriyaya Səfər Edib

    4 Dekabr 2025 14:40

    Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

    4 Dekabr 2025 12:13

    Venesuelaya qarşı əməliyyatları genişləndiririk - Tramp

    4 Dekabr 2025 09:40
    Demo
    XƏBƏR LENTİ

    Togg noyabrda Türkiyə elektromobil bazarına liderlik edib

    HƏMAS yalnız etibarlı mülki idarəetmə qurulduqdan sonra silahsızlaşdırıla bilər - Fidan

    Türkiyədən Azərbaycana mebel ixracı 126 milyon dolları keçib (ÖZƏL)

    Hakan Fidan Dohada Qətər rəsmiləri ilə görüşüb

    Avropa öz gücünü doğru qiymətləndirmir - Kaya Kallas

    Qüdsi Osmanovun Rumıniyanın Timişoara şəhərinə rəsmi səfəri baş tutub

    Türkiyədən Azərbaycana dəri ixracı 11 milyon dolları keçib (ÖZƏL)

    Qəzza zolağında son 48 saatda 6 Fələstinli həlak olub

    "Beşiktaş" "Çelsi"nin müdafiəçisini transfer etmək istəyir

    Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.