Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    30 ölkə Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işləyir - Rutte

    19 Avqust 2025 09:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    NATO-nun baş katibi Mark Rutte bildirib ki, Yaponiya və Avstraliya da daxil olmaqla 30 ölkə Ukrayna üçün təhlükəsizlik zəmanəti çərçivəsi üzərində işləyir və ABŞ da bu təşəbbüsə qoşulmaqda maraqlıdır.

    AzerVoice xəbər verir ki, Rutte bu barədə ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə Ağ Evdə keçirilən görüşdən sonra Fox News-a açıqlama verib.

    Onun sözlərinə görə, son aylarda təhlükəsizlik təminatları ilə bağlı müzakirələr aparılır və Vaşinqtonun bu prosesdəki rolu yaxın günlərdə dəqiqləşdiriləcək. Rutte Trampın Putinlə dialoqa başladığını və Rusiyaya təzyiq göstərdiyini vurğulayaraq, görüşü “çox uğurlu” adlandırıb.

    NATO baş katibi əlavə edib ki, Tramp telefon danışığında Rusiya prezidenti Vladimir Putini Zelenski ilə üçtərəfli görüşdən öncə ikitərəfli görüşə razı salıb. Görüşün keçiriləcəyi yerin isə tərəflər tərəfindən müəyyən olunacağı qeyd edilib.

    Rutte Ukraynanın NATO-ya üzvlüyünün hazırkı danışıqların mövzusu olmadığını xatırladaraq, 2024-cü il sammitindən sonra qəbul edilmiş “geri dönməz yol” qərarının qüvvədə qaldığını bildirib. O, hazırda müzakirə edilən məsələnin NATO-ya üzvlük yox, “5-ci maddəyə bənzər” təhlükəsizlik zəmanətləri olduğunu vurğulayıb.

    O həmçinin görüşdə Ukraynanın ərazi güzəştlərinin müzakirə edilmədiyini açıqlayıb və yaxın günlərdə liderlərlə onlayn görüş keçirəcəyini, daha sonra isə ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli görüş üzərində işləyəcəklərini bildirib.

    Qeyd edək ki, Ağ Evdə keçirilən görüşdə Tramp və Zelenski ilə yanaşı, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Keir Starmer, Finlandiya prezidenti Aleksander Stubb, İtaliyanın baş naziri Giorgia Meloni və Almaniya kansleri Fridrix Merz də iştirak ediblər. Tramp avqustun 15-də Alyaskada Putinlə görüşsə də, yekun razılaşmanın əldə olunmadığını açıqlamışdı.

    #Rusiya #ABŞ #Vladimir Putin #Donald Tramp #Ukrayna #Zelenski #NATO #Mark Rutte #Rusiya-Ukrayna münaqişəsi #NATO baş katibi Mark Rutte
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski ABŞ-ın şərtlərinə etiraz etdi

    16 Fevral 2026 17:21

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    16 Fevral 2026 16:26

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    NATO rəsmisi Rusiya ilə bağlı xəbərdarlıq edib

    16 Fevral 2026 09:29

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    15 Fevral 2026 17:00

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58
    XƏBƏR LENTİ

    Bakı Fond Birjası Yelo Bank-da ilk "Yelo İnvestisiya Paneli" ndə iştirak edib

    Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

    Yanvarda Azərbaycandan Ermənistana ixrac olunan məhsulların ümumi dəyəri açıqlandı

    Serbiya qırıcıları Prezident İlham Əliyevin təyyarəsini müşayiət edib

    Əli Kərimli və Məmməd İbrahim barədə qərar qəbul edildi

    Daha 130-dan çox şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

    Zelenski ABŞ-ın şərtlərinə etiraz etdi

    Bakıda IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

    SEPAH Hörmüz boğazında təlimlər keçir

    Azərbaycanda turizm bələdçilərinin sertifikatlaşdırılması prosesi davam edir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.