Əsas səhifə » Hindistanda daşqın nəticəsində 40-dan çox insan ölüb

Hindistanda daşqın nəticəsində 40-dan çox insan ölüb

BAKI, AzerVoice

Hindistanda daşqın nəticəsində 44 nəfər həyatını itirib.

AzerVoice xəbər verir ki, Hindistanın şimal-şərqində leysan yağışların yaratdığı daşqınlar nəticəsində azı 44 nəfər ölüb, 1500-dən çox kənd isə zərər görüb.

Assam, Arunaçal Pradeş, Meqalaya, Manipur, Tripura, Naqaland və Mizoram ştatlarında yağan güclü yağışlar genişmiqyaslı daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində 14739 hektardan çox kənd təsərrüfatı sahəsi də zədələnib.

Qeyd edək ki, Hindistanın şimal-şərq bölgələri musson mövsümündə tez-tez güclü yağışlar və daşqınlarla üzləşir. Bu səbəbdən hər il yüzlərlə kənd təsərrüfatına, infrastruktur obyektlərinə və insan həyatına ciddi zərər dəyir.

Digər Kateqoriyalar

2025 © Azervoice