Əsas səhifə » Çin lideri ilə razılaşmaq çox çətindir - Tramp

Çin lideri ilə razılaşmaq çox çətindir - Tramp

BAKI, AzerVoice

Çin prezidenti ilə razılığa gəlmək çox çətindir.

AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Çin lideri Si Cinpini " sərt və razılaşmaq çətin" biri kimi xarakterizə edib.

Tramp bu fikirləri “Truth Social” platformasında paylaşıb.

“Çin lideri Si Cinpinə heyranam. Amma o, çox sərtdir və onunla razılaşmaq çox çətindir!” – deyə Tramp bildirib. O, paylaşımında Çin lideri ilə illərdir davam edən münasibətlərinə diqqət çəkərək, danışıqların çətinliyini də etiraf edib.

Bu açıqlama iki lider arasında baş tutması gözlənilən və yüksək riskli telefon danışığı ərəfəsində səsləndirilib. CNBC-yə danışan Ağ Ev nümayəndəsinin sözlərinə görə, Tramp və Si Cinpin çox yaxın zamanda, ehtimal ki, bazar ertəsi telefon əlaqəsi quracaqlar.

Qeyd edək ki, ABŞ və Çin arasında münasibətlər son aylarda ticarət, texnologiya və təhlükəsizlik sahələrində gərginləşib. Gözlənilən telefon danışığı Vaşinqtonla Pekin arasında əvvəlki müvəqqəti ticarət razılaşmasının gələcəyinə də təsir edə bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice