Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Misir prezidenti Sisi Türkiyəyə ilk dəfə səfər edəcək

    23 Avqust 2024 10:07
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    Misir prezidenti Əbdülfəttah əs-Sisi sentyabrın 4-də ilk dəfə Türkiyəyə səfər edəcək.

    AzerVoice xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qonağı Beştəpədə rəsmi mərasimlə qarşılayacaq.

    Səfərin əsas gündəmində Qəzza olacağı gözlənilsə də əsas müzakirə olunacaq məsələ iki ölkə arasındakı münasibətlər olacaq.

    Görüş zamanı iki liderin sədrliyində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək.

    Müxtəlif sahələr üzrə müqavilələr imzalanacaq.

    Qeyd edək ki, Prezident Ərdoğanın 14 fevral 2024-cü ildə Misirin paytaxtı Qahirəyə səfəri iki ölkə arasındaki münasibətlərdə yeni səhifə açmışdı. Ərdoğanın 12 ildən sonra etdiyi ilk ziyarətlə gözlər Sisinin cavab səfərinə çevrilmişdi.

    Görüş zamanı İsrailin Qəzzaya hücumlarının dayandırılması, bölgədə atəşkəsin təmin edilməsi və Netanyahu hökumətinin mühakimə olunması üçün atıla biləcək birgə addımlar müzakirə ediləcək.

    Fələstin ilə yanaşı Liviya, Sudan və Somali kimi regional məsələlərin də müzakirə olunması gözlənilir.

    İki ölkə arasında 10 milyard dollara çatan ticarət həcminin 15 milyard dollara çatdırılması planlaşdırılır. Bu məqsədə çatmaq üçün atılacaq addımlar müzakirə olunacaq.

    Həmçinin Sisinin iqtisadi məsələlərin müzakirəsi üçün Türkiyəyə iş adamları ilə gedəcəyi bildirilir.

    Mayeləşdirilmiş qaz ixracı, mədənçilik, səhiyyə, turizm və müdafiə sənayesi sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

    Hər iki ölkənin universitetləri arasında əməkdaşlığın artırılması səyləri, media və kommunikasiya sahəsində aparılacaq araşdırmalar da müzakirə olunacaq məsələlər arasındadı.

    Misir prezidenti Sisi Türkiyəyə ilk dəfə səfər edəcək
    #Türkiyə #Əbdülfəttah əs-Sisi #səfər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bakıda Azərbaycan–Türkiyə biznes əməkdaşlığı üzrə tədbir keçirilir

    26 Dekabr 2025 10:30

    Türk diasporu bütün maneələrə baxmayaraq güclü mövqeyə sahib olub - Ərdoğan

    25 Dekabr 2025 15:46

    Ermənistanı Azərbaycan və Türkiyə ilə birləşdirən dəmir yolu xətlərini öz hesabımıza təmir etməyə hazırıq - Paşinyan

    25 Dekabr 2025 15:07

    Azərbaycan və Türkiyə arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu təsdiqlənib

    25 Dekabr 2025 13:42

    İstanbulda Yeni il gecəsi hücum planlaşdıran 100-dən çox şübhəli saxlanılıb

    25 Dekabr 2025 12:43

    Türkiyə və Belarus viza tələblərinin qarşılıqlı ləğvi protokoluna dəyişiklik edib

    25 Dekabr 2025 10:48

    Sudanın Suveren Şurasının sədri Türkiyəyə səfər edəcək

    25 Dekabr 2025 02:00

    Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb

    24 Dekabr 2025 21:09

    Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

    23 Dekabr 2025 15:30

    Zəngəzur dəhlizinin reallaşması ilə ticarətimiz sürətlə artacaq - Ömər Bolat

    23 Dekabr 2025 12:50

    Ömer Bolat: Azərbaycan investorları Türkiyə üzərindən Afrika, Yaxın Şərq və Aİ bazarlarına çıxış imkanlarını genişləndirir

    23 Dekabr 2025 11:50

    AZPROMO: Türkiyə şirkətləri üçün Azərbaycanın xüsusi iqtisadi zonalarına və logistika mərkəzlərinə səfərlər təşkil ediləcək

    23 Dekabr 2025 11:42
    Demo
    XƏBƏR LENTİ

    Misirdən Türkiyə limanlarına 9 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    Bakıda Azərbaycan–Türkiyə biznes əməkdaşlığı üzrə tədbir keçirilir

    Dövlət Məşğulluq Agentliyi yeni layihəsi çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

    Türkiyə ilk dəfə COP31-ə ev sahibliyi edəcək: Murat Kurum COP31 Prezidenti seçildi

    Türkiyədə futbolda mərc qalmaqalı: 14 futbolçu daxil olmaqla 29 nəfər saxlanılır

    Bu gün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yaranma günüdür

    Türkiyədən Özbəkistana mebel ixracı 69 milyon dolları keçib (ÖZƏL)

    Türkiyədə VEPARA şirkəti barədə istintaq: 31 nəfər saxlanıldı

    Bu gün 230 min insanın ölümünə səbəb olan Hind okeanı sunamisi baş verib

    Avstriyada Qəzzaya dəstək məqsədilə xeyriyyə yarmarkası keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.