Bakı,VOA
İsrail Qəzzada daha bir əsgərinin öldüyünü, iki əsgərinin isə də ağır yaralandığını bildirib.
VOA xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyindən (IDF) məlumat verilib.
Verilən məlumata görə, Givati Briqadasının komandiri olan kapitan Roy Millerin Qəzza zolağının şimalında baş verən qarşıdurmalarda öldüyü bildirilib.
Beləliklə, bu vaxta qədər ölən İsrail əsgərlərinin sayı 677-yə yüksəlib, onlardan 322-si Qəzzaya quru işğalı zamanı öldürülüb.
Onu da qeyd edək ki, İsrail ordusu 7 oktyabr 2023-cü ildən Qəzza zolağına intensiv hava hücumlarına başlaldı. Daha sonra 27 oktyabrdan başlayaraq Qəzzaya quru əməliyyatları həyata keçirdi.