Bakı. AzerVoice :
İsrailin səkkiz aydır davam edən intensiv hücumları nəticəsində Qəzza zolağının iqtisadiyyatı ciddi ziyan görüb.
AzerVoice xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Fələstin Mərkəzi Statistika Bürosu (PCBS) tərəfindən dərc edilən hesabatda məlumat verilib.
Hesabata görə Qəzza zolağında işsizlik səviyyəsi 79,1 faizə yüksəldiyi halda, böhrandan ciddi şəkildə təsirlənən İordan çayının qərb sahilində işsizlik 32 faizə çatıb.
Qəzza zolağında demək olar ki, bütün özəl sektor müəssisələrinin istehsalı tamamilə dayanıb və ya əhəmiyyətli dərəcədə azalıb.