Bakı. AzerVoice:
Türkiyənli məşhur aktyor Engin Altan Düzyatan Qəzzada baş verənlərin çox açıq-aşkar olduğunu və bütün dünyanın buna səssiz qaldığını bildirib.
AzerVoice xəbər verir ki, bu barədə Düzyatan filim çəkilişləri zamanı verdiyi müsahibədə danışıb.
Düzyatan bəzi məşhur adların Kann Film Festivalında fələstinli məsumların öldürülməsinə qarşı göstərdikləri fərqli etiraz formlarına diqqət çəkərək bunları söyləyib:
"Sənət müəyyən mənada etiraz edici özəllik daşıyır və əslində həmişə yanlışın qarşında olmalıdır. Çünki əslində sənətin vəzifəsi insanlara yaxşını, gözəli, həqiqət göstərmək və yeni bir baxış prizması ortaya qoymaqdır. Qəzzada baş verənlər çox aşkardır, bütün bunlar dünyanın gözü qarşısında baş verir və təəssüf dünya buna səsiz qalır. Bəzi insanlar da buna susur. Çünki müasir cəmiyyətdə və çox sürətlə gedən bir zamanda yaşayırıq. Hər kəsin əslində öz dərdi var. Bəli, onlar bir anlıq bunu görürlər və bu vəziyyətlə bağlı bir az üzülürlər. Amma ondan sonra əslində hər kəs öz dərdi ilə məşğul olur...Hər kəs ən böyük dərdin özündə olduğunu düşünür. Amma təəssf ki belə deyil”.
Qəzzada böyük bir faciənin olduğunu vurğulayan sənətçi “Buna diqqət çəkmək, orada baş verənləri unutmamaq və ya unutdurmamaq sənətçilərin də vəzifəsi olmalıdır, sənətçilər əllərindən gəldiyi qədər buna toxunmalıdırlar. Əlbətdə dediyim kimi, həyat bunu da icazə vermir. Hər gün bunu düşünərək yaşaya bilmirik. Təəssüf ki, belə bir dünya yoxdur. Hər kəsin bir həyatı, bir dərdi var. Amma təzyiqlərə baxmayaraq, insanların bunu bir daha üzə çıxarması, oradakı insanlara dəstəyini bir daha göstərməsi çox mühüm və dəyərlidir. Məsələn, Cate Blanchett-in belə bir şey etməsi məni heyrətləndirdi. Möhtəşəm bir şey etdi. Bu, çox-çox yaxşı bir nümunə idi. Çox cəsarətli bir hərəkət idi.”
Qeyd edək ki, üç dəfə “Qızıl Qlobus” mükafatı laureatı alan avstraliyalı aktrisa Cate Blanchett Qəzza bayrağını Cannesdə qırmızı xalçaya daşımışdı. Qəzzada atəşkəs çağırışına imza atan Blanchett iki həftdə öncə baş tutan Kann tərbirində qırmızı xalçada paltarı ilə Fələstin bayrağı mesajı vermişdi.