76
Bakı, AzerVoice:
Çin bəzi aerokosmik komponentlərin və texnologiyaların ixracını məhdudlaşdıracağını açıqlayıb.
AzerVoice xəbər verir ki, bu barədə Çin Baş Gömrük İdarəsi və Mərkəzi Hərbi Komissiyanın Avadanlıqların Təkmilləşdirilməsi İdarəsi birgə məlumat verib.
Məlumata əsasən, yeni qaydaların məqsədi milli təhlükəsizliyi daha yaxşı qorumaq və nüvə silahının yayılmaması kimi beynəlxalq öhdəlikləri yerinə yetirməkdir.
Belə ki, aerokosmik struktur komponentləri, mühərrik və qaz turbinlərinin istehsalı ilə bağlı avadanlıq, proqram təminatı və texnologiyalar daxil olmaqla məhsulların ixracı üçün ixrac lisenziyası tələb olunacaq.