Bakı, AzerVoice
İsrail ordusu Qəzza zolağına hava hücumu edib.
AzerVoice xəbər verir ki, bu barədə Fələstinin rəsmi WAFA agentliyi paylaşım edib.
Qəzza zolağına həyata keçirilən hava hücumunda biri uşaq olmaqla altı fələstinli həyatını itirib.
Qeyd edilib ki, İsrail bir qrup fələstinlini pilotsuz uçuş aparatı (PUA) ilə hədəfə alıb. Hücum nəticəsində dörd fələstinli həyatını itirib, çoxlu sayda insan isə yaralanıb.
İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 16 min 314-ü uşaq və 10 min 980-i qadın olmaqla 39 min 480 fələstinli həyatını itirib, 91 min 128 nəfər isə yaralanıb.
Hafiz Rufizoğlu