Bakı. AzerVoice:
İsrail ordusu Qəzza zolağının bir çox bölgəsində hava hücumlarını davam etdirərkən, ölkənin cənubundakı Rəfah şəhərində də qurudan hücumlarını artırıb.
AzerVoice xəbər verir ki, İsrail ordusu Rəfahın mərkəzi hissəsi, şərq və qərbi, xüsusilə Tel əs-Sultan rayonu, Zarub qovşağı ətrafı, Yabna, Əl-Şəbura və Leffeti Bedr qaçqın düşərgələrinə artilleriya hücumlarını gücləndirib.
Tel Zarub bölgəsində Fələstin müqavimət qrupları ilə İsrail ordusu arasında qarşıdurma olub və bölgədə partlayışlar baş verib.
İsrail ordusunun snayperləri evlərin damlarında mövqe tutaraq İmam Əli küçəsindən Leffeti Bedrədək olan ərazidə hər hərəkət edən obyektə atəş açıblar.
Bundan əlavə, Rəfahda bir qrup fələstinliyə kvadrokopter pilotsuz təyyarənin açdığı atəş nəticəsində ölən və yaralananlar var.
Məlumat üçün qeyd edək ki, Qəzzanın şimalında Əl-Cəla küçəsində bir evə edilən hücumda iki fələstinli ölüb, bir neçəsi yaralanıb.
Qəzza şəhərinin cənubunda Netzarim oxunda yerləşdirilən İsrail tankları və artilleriya bölmələri Əz-Zeytun rayonunun cənubuna hücum edib, lakin itkilər barədə məlumat verilməyib.
Mərkəzi hissədə xüsusilə şərqdəki Ən-Nuseyrat, Əl-Bureyc və Əl-Məğazi bölgələrində intensiv artilleriya atəşinə məruz qalıb.
Hafiz Rufizoğlu