Bakı,AzerVoice
Sülhdən danışmaq çox tezdir,AzerVoice xəbər veriri ki, bunu İslami Müqavimət Hərəkatının siyasi bürosunun liderlərindən biri olan Usamə Həmdan bildirib.
O qeyd edib ki , sülhün olması üçün , HƏMAS qarşı tərəfdən əsirərin buraxılmasını, İsrail ordusunun Qəzzadan tam olaraq çıxarılmasını tələb edib.
Məlumat üçün bildirək ki, dünən fevralın 1-də ətər Xarici İşlər Nazirliyinin nümayəndəsi “İsrail atəşkəs təklifi ilə razılaşdı və biz HƏMAS-dan ilkin müsbət təsdiq aldıq” –deyə açıqlama vermişdi.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Qeyd edək ki, 26 yanvar tarixində Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı “soyqırım” işi üzrə müvəqqəti tədbirlər tələbi ilə bağlı qərarını açıqlayıb.
Məhkəmə İsrailin mühakimə olunacağını bildirib və İsraildən bir ay ərzində hesabat təqdim etməyi tələb edib.