Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Suriya və İsrail sülhə hazırdılarmı?

    30 İyun 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

    İsrailin bəzi media orqanlarının verdiyi məlumata görə, "məlumatlı suriyalı mənbə"yə istinadən, Suriya və İsrailin 2025-ci ilin sonuna qədər sülh sazişi imzalayacağı gözlənilir. Bu açıqlamalar, Suriya prezidenti Əhməd əş-Şəraanın bir neçə gün əvvəl verdiyi bəyanatın ardınca gəlib. Prezident həmin çıxışında Dəməşqin beynəlxalq vasitəçilər və diplomatik kanallar vasitəsilə İsrailin cənub bölgələrdəki hücumlarını və müdaxilələrini dayandırmaq üçün çalışdığını, və "Suriya suverenliyinin qorunmasının hər şeydən üstün olduğunu" vurğulamışdı.

    İsrailin ərəb dilli "I24 NEWS" saytı bu "məlumatlı suriyalı mənbə"yə istinadən bildirib ki, müzakirə edilən sülh sazişi, İsrailin 8 dekabr 2024-cü ildən sonra təhlükəsizlik zonası çərçivəsində irəlilədiyi bütün Suriya ərazilərindən, o cümlədən Şeyx dağının zirvəsindən mərhələli şəkildə geri çəkilməsini nəzərdə tutur.

    Dəməşqdə hökumətə yaxın mənbələr bildiriblər ki, hazırda İsraillə regional və beynəlxalq himayə altında dolayı danışıqlar aktiv şəkildə davam edir və bu məsələ prezident tərəfindən də elan edilib.

    Suriya prezidenti Əhməd əş-Şəraa keçən çərşənbə günü Quneytra və Colan vilayətlərindən olan ağsaqqalları və nüfuzlu şəxsləri "Əl-Qasr əş-Şəəb" (xalq sarayı) iqamətgahında qəbul edib.

    Sözügedən mənbələr həmçinin açıqlayıblar ki, Suriya İsrailin əraziyə müdaxilələrini və hücumlarını dayandırmasını, eləcə də 1974-cü il sazişinə qayıdılmasını tələb edir. İsrail isə təhlükəsizlik zonası yaratmaq istəyindədir və görünən odur ki, yeni bir təhlükəsizlik sazişinin imzalanması mümkündür. Bu da gələcəkdə hərtərəfli bir sülh sazişinə yol aça bilər.

    Həmin mənbələr daimi bir sülh sazişinə nail olunmasını istisna etsələr də, onun üçün zəmin hazırlayan bir sazişin əldə olunma ehtimalını mümkünsüz saymırlar. Onlar həmçinin bölgədə hadisələrin sürətlə inkişaf etdiyini, Dəməşqin isə sülh məsələsini ərəb çərçivəsində tutduğunu və Suriya suverenliyini qoruyacaq bir sazişə nail olmaq üçün ərəb roluna ümid etdiyini qeyd edirlər. Həmçinin, ABŞ və Qərb dövlətlərinin İsrailə təzyiq göstərməsini, bununla da Suriyada sabitliyə dəstək verməsini istəyirlər.

    Bəs Suriya İsraillə daimi sülh üçün hazırdırmı?

    Mənbələr bildiriblər ki, "gənc" bir dövlət kimi Suriya, hazırkı vəziyyətdə daimi sülh üçün hazır deyil. Onların gözləntisi ya 1974-cü il sazişinə qayıdılması, ya da onun dəyişdirilmiş təhlükəsizlik versiyasıdır. Cəmiyyətdə isə İsraillə sülhə qarşı çıxan qüvvələr hələ də mövcuddur, lakin bu narazılıqlar əvvəlki kimi açıq formada ifadə olunmur. Daxildə mürəkkəb və çətin problemlərin olması, həmçinin Suriya ərazisində hakimiyyət xaricində fəaliyyət göstərən radikal silahlı qrupların mövcudluğu bu narazılığı gücləndirir.

    Suriyalı siyasi araşdırmaçı və "Yaxın Şərq Mühafizəkarlar Birliyi"nin katibi Vail əl-Əci isə bildirib ki, "İsraillə hərtərəfli sülh bu mərhələdə hələ tezdir və yeni Suriya hökumətinin qarşısında daha təcili prioritetlər var".

    "Suriya bu gün heç bir xarici güclə hərbi qarşıdurmaya hazır deyil. Suriyalı xalq müharibələrdən və əvvəlki rejimlərin Fələstin məsələsi və ərəb-İsrail münaqişəsindən sui-istifadə etməsindən çox yorulub".-deyə o bildirib.

    Onun fikrincə, hazırda Suriya dövlətinin əsas prioriteti xalqın həyat şəraitinin yaxşılaşdırılması, daxili barışın gücləndirilməsi, milli birliyin qorunması və məzhəbçiliklə, eləcə də terrorizmlə mübarizədir. İsraillə bağlı məsələdə isə beynəlxalq hüquq və BMT qətnamələri əsas istinad nöqtələridir. O qeyd edib ki, "beynəlxalq hüquqa və beynəlxalq mexanizmlərə müraciət etmək bütün səviyyələrdə daha təhlükəsiz və az xərc tələb edən yoldur".

    #Suriya #Yaxın Şərq #Colan Təpələri #Əhməd Şəraa #Yaxın Şərq münaqişəsi #Suriya xəbərləri #Suriya münaqişəsi #Suriya siyasi həll #Silahlı qruplar və Suriya #Suriya daxili siyasət #Suriya və təhlükəsizlik məsələləri #Suriya ordusu və təhlükəsizlik #Regional təhlükəsizlik #Suriyada hərbi əməliyyatlar 2025 #Suriyada son vəziyyət #Yaxın Şərq problemləri #Suriya rejimi və Livan siyasəti #Yaxın Şərq siyasəti #Suriya Xarici İşlər Nazirliyi #Suriya hökuməti #İran-Suriya münasibətləri #Regional diplomatiya #Yaxın Şərqdə geosiyasi vəziyyət #Suriya hava məkanı #Yaxın Şərq gərginliyi #Yaxın Şərq sülhü #Yaxın Şərqdə qeyri-sabitlik #Suriya-Rusiya əlaqələri #Suriya və İsrail gərginliyi #İsrail və Suriya münasibətləri #İsrail və Colan təpələri #İsrail Suriyadan nə istəyir? #İsrail Suriyada niyə hücumlar həyata keçirir? #İsrail və yeni Suriya hökuməti arasında münaqişə yaranacaqmı? #İsrail Suriya müharibəsində hansı mövqeni tutur? #Suriya və İsrail arasında diplomatik əlaqələr mümkündürmü? #İsrail Suriyada hava hücumları #İsrail Suriyada hərbi əməliyyatlar #İsrail Suriya siyasəti #Əhməd Şəraa hakimiyyəti və sələfi keçmişi #Suriya İsrail gərginliyi #Yaxın Şərq diplomatik gərginliyi #Əhməd əş-Şəraa siyasəti #İsrail Suriya hücumu #Tramp Şəraa görüşü #Əhməd əş-Şəraa kimdir #Suriya İsrail danışıqları #Əhməd Şəraa və Netanyahu görüşü #Suriya İsrail normallaşması #Əhməd əş-Şəraa #Tramp və Əhməd əş Şəraa görüşü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    14 Fevral: Həririnin Qətli və YouTube-un Doğuşu: 14 Fevral Dosyesi

    14 Fevral 2026 00:01

    Suriyadan İraqa köçürülən minlərlə İŞİD üzvü istintaqa cəlb edilib

    13 Fevral 2026 12:01

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    ABŞ-ın Suriyadakı hərbi mövqelərində dəyişiklik

    12 Fevral 2026 09:24

    Səudiyyə Ərəbistanı və Suriya XİN rəhbərləri Suriyanın təhlükəsizliyi və iqtisadiyyatını müzakirə ediblər

    10 Fevral 2026 12:52

    Suriyanın şimal-qərbində sel fəlakəti: Ölənlər var

    9 Fevral 2026 09:43

    Azərbaycan və Türkiyə ikitərəfli müttəfiqlik münasibətlərini müzakirə ediblər

    8 Fevral 2026 16:40

    Məhəmməd Heydər Zammarın ölümü ilə "Əl-Qaidə" və "İŞİD"in qanlı tarixinə şahidlik etmiş ən önəmli fiqurlardan birinin dosyesi bağlandı

    8 Fevral 2026 02:00

    Hakan Fidan və Qətər Baş naziri arasında regional məsələlər müzakirə olunub

    6 Fevral 2026 14:11

    MİT Türkiyədə MOSSAD casuslarını zərərsizləşdirib

    6 Fevral 2026 09:15
    XƏBƏR LENTİ

    Bu gün Xomeyni Salman Rüşdi haqqında ölüm hökmü verdi

    14 Fevral: Həririnin Qətli və YouTube-un Doğuşu: 14 Fevral Dosyesi

    Prezident İlham Əliyev: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir

    Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir

    Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? Prezident açıqladı

    Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

    Prezident İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb

    Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələrində çıxış etdi

    Almaniya kansleri Avropanın "nüvə qalxanı"nın yaradılmasını təklif edir

    “AzerGold” QSC ilə Geologiya və Geofizika İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.