Əsas səhifə » Türkiyə Hindistanın Pakistana hücumlarını qınayıb

Türkiyə Hindistanın Pakistana hücumlarını qınayıb

BAKI,AzerVoice

Türkiyə Xarici İşlər Nazirliyi Hindistan tərəfindən həyata keçirilən son hücumla bağlı açıqlama verib.

AzerVoice xəbər verir ki, nazirlik, hücumun mülki vətəndaşlar və mülki infrastruktur obyektlərini hədəf aldığını və bu cür təxribatçı addımların bölgədə tammiqyaslı müharibə riskini artırdığını bəyan edib.

“6 may axşamı Hindistan tərəfindən həyata keçirilən hücum genişmiqyaslı müharibə riskini ortaya çıxarmışdır. Bu cür təxribat xarakterli hərəkətləri, mülki şəxsləri və infrastrukturu hədəf alan hücumları qətiyyətlə qınayırıq”- deyə nazirlikdən bildirilib.

Açıqlamada, Pakistan ilə Hindistan arasında yaşanan gərginliyin artmasının narahatlıq doğurduğu vurğulanıb.

“Regionda gərginliyin tezliklə azaldılması üçün zəruri tədbirlərin görülməsini və bu kimi hadisələrin təkrarlanmaması məqsədilə, terrorla mübarizə də daxil olmaqla, lazımi mexanizmlərin qurulmasını ümid edirik,” – deyə bəyanatda qeyd olunub.

Türkiyə, eyni zamanda, Pakistanın 22 aprel tarixində baş vermiş terror aktının araşdırılması ilə bağlı çağırışını dəstəklədiyini də açıqlayıb.

Qeyd edək ki, Kəşmir münaqişəsi nəticəsində on minlərlə mülki vətəndaş həyatını itirib. Pakistan hər il fevralın 5-ni “Kəşmir Həmrəylik Günü” kimi qeyd edərək beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəltməyə çalışır. Son hadisələr isə bu tarixi böhranın regional və qlobal təhlükəsizlik üçün hələ də ciddi təhdid yaratdığını bir daha göstərir.

Digər Kateqoriyalar

2025 © Azervoice