Bakı,AzerVoice
Türkiyə Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldıracaq. AzerVoice xəbər verir ki , buna səbəb İsrailin Qəzzada dinc insanlara qarşı törətdiyi hərbi cinayətlərdir.
İddianın fevralın 26 da qaldırılması nəzərdə tutlur. Haaqa məhkəməsində Türkiyəni kimin təmsil edəcəyi dəqiqləşdirilməyib.
Qeyd edək ki, 26 yanvar tarixində Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı “soyqırım” işi üzrə müvəqqəti tədbirlər tələbi ilə bağlı qərarını açıqlayıb. Məhkəmə İsrailin mühakimə olunacağını bildirib və İsraildən bir ay ərzində hesabat təqdim etməyi təlıb edib.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 30 minə yaxınlaşıb.