Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Tarix

    Bu gün Con F. Kennedi prezident seçildi

    8 Noyabr 2025 07:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    43 yaşlı Con F. Kennedi ABŞ tarixində seçkilərdə qalib gəlmiş ən gənc prezident oldu. O, Respublikaçı namizəd, vitse-prezident Riçard Niksonu çox az fərqlə məğlub etdi. Kennedi həm də ABŞ-ın tarixində prezident seçilən ilk katolik idi.

    Seçki kampaniyası gərgin və sərt mübarizə şəraitində keçdi. İlk dəfə olaraq prezidentliyə namizədlər televiziya debatlarında üz-üzə gəldi. Bir çox müşahidəçilərin fikrincə, dörd debat zamanı Kennedinin soyuqqanlı, cəlbedici və inandırıcı çıxışları seçkilərin nəticəsinə təsir edən əsas amillərdən biri oldu. Bununla yanaşı, seçkilərdə ideoloji məsələlər də önəmli rol oynadı. ABŞ-ın xarici siyasəti Kennedi ilə Nikson arasında başlıca mübahisə mövzusu idi.

    Nikson, Kennedinin çox gənc və təcrübəsiz olduğunu, ABŞ-ın soyuq müharibə siyasətinin ağır məsuliyyətini daşımağa hazır olmadığını iddia edirdi. (Maraqlıdır ki, Nikson Kennedidən cəmi bir neçə yaş böyük idi.)
    O, son səkkiz ilin Respublikaçı hakimiyyətini müdafiə edir, Sovet İttifaqının qarşısının alındığını və Amerikanın gücünün artdığını bildirirdi. Kennedi isə Eyzənxauer dövrünün xarici siyasətini durğun və geridəqalmış adlandırırdı. Xüsusilə respublikaçıları Kubanı “itirəkdə” və təhlükəli “raket boşluğu”na yol verməkdə ittiham edirdi - yəni Sovet İttifaqının nüvə başlığı daşıya bilən raketlərin istehsalında ABŞ-ı geridə qoyması.

    Kennedi, dəyişən beynəlxalq vəziyyətə çevik reaksiya verən, yeni yanaşmalara açıq və daha fəal xarici siyasət vəd edirdi.

    Kampaniya zamanı Kennedi “Azad Dünya”nın ən güclü ölkəsinin qarşılaşdığı çağırışlara hazır olduğunu bildirirdi. Lakin bu sınaqlar çox gözlətmədi. Kennedinin prezidentliyinin ilk ayları Niksonun iradlarına müəyyən dərəcədə haqq qazandırdı.
    O, əvvəlcə Domuzlar Körfəzi əməliyyatının biabırçı uğursuzluğu ilə üzləşdi, daha sonra Avropada keçirilən sammitdə Nikita Xruşşovun sərt təzyiqləri ilə qarşılandı, ardınca isə Berlin divarının inşası başladı. Bütün bunlarla yanaşı, Cənub-Şərqi Asiyada da vəziyyət sürətlə pisləşirdi.

    #Tarixdə bu gün #Con Kennedi #Donuzlar körfəzi əməliyyatı #Donuzlar körfəzi əməliyyatı tarixi #Robert Kennedi #Con F. Kennedi #Donuzlar Körfəzi #Nikita Xruşşov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tarixdə bu gün - 8 noyabr

    8 Noyabr 2025 00:58

    Bu gün ABŞ siyasətində iki Afrika əsilli amerikalı ilkə imza atdı

    7 Noyabr 2025 01:06

    Tarixdə bu gün - 7 noyabr

    7 Noyabr 2025 00:41

    Bu gün Linkoln prezident seçildi

    6 Noyabr 2025 02:00

    Tarixdə bu gün - 6 noyabr

    6 Noyabr 2025 00:56

    Tarixdə bu gün - 5 noyabr

    5 Noyabr 2025 00:51

    Tarixdə bu gün - 4 noyabr

    4 Noyabr 2025 01:05

    Bu gün Sovet İttifaqı ilk dəfə kosmosa it göndərdi

    3 Noyabr 2025 06:00

    Tarixdə bu gün - 3 noyabr

    3 Noyabr 2025 00:20

    Tarixdə bu gün - 2 noyabr

    2 Noyabr 2025 00:18

    Tarixdə bu gün 1 noyabr

    1 Noyabr 2025 00:41

    Bu gün İndira Qandi qətlə yetirildi

    31 Oktyabr 2025 10:24
    Demo
    XƏBƏR LENTİ

    ABŞ, Suriya Prezidenti Əhməd Şəraa sanksiya siyahısından çıxardı

    Türkiyədən Azərbaycana dəri ixracı 10 milyon dolları keçib (ÖZƏL)

    Fələstin Prezidenti və İtaliyanın Baş naziri Qəzza atəşkəsi səylərini müzakirə edib

    Zəfər xronikası. 8 noyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə paylaşım edib

    Hizbullah İsraillə yeni müharibəyə girə bilərmi?

    Bu gün Con F. Kennedi prezident seçildi

    Bu gün Hitlerin həyatına sui-qəsd cəhdi uğursuz oldu

    Tarixdə bu gün - 8 noyabr

    Azərbaycan XİN Zəfər Günü ilə bağlı bəyanat yayıb

    Zəfər xronikası. 8 noyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciətində Şuşanın azad olunduğunu açıqlayıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.