Bakı, AzerVoice
İsrail döyüş təyyarələri Qəzza zolağının mərkəzi hissələrindəki Deyr-Belah şəhərində köçkünlərin sığındığı Hədicə məktəbindəki səhra xəstəxanasını bombalayıb.
AzerVoice xəbər verir ki, bu barədə Qəzza Hökumətinin media bürosu açıqlama verib.
Açıqlamada, hücumda aralarında uşaqların da olduğu 31 fələstinlinin öldüyü, onlarla insanın yaralandığı qeyd edilib.
Media bürosunun daha əvvəl verdiyi açıqlamada İsrail döyüş təyyarələrinin sözügedən məktəbdəki səhra xəstəxanasına üç raket atdığı bildirilib.
Hafiz Rufizoğlu