BAKI,AzerVoice
24 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “MJ Financial Services BOKT” ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
AzerVoice xəbər verir ki, “MJ Financial Services BOKT” ASC-nin abunə yazılışı 26 dekabr 2025-ci il tarixindən başlayaraq (1 iş günü) davam edəcəkdir.
Qeyd olunan səhmlərin yerləşdirilməsi 29 dekabr 2025-ci il tarixində həyata keçiriləcəkdir.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
“MJ Financial Services BOKT” ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ1001023162 |
|
Səhmlərin növü və forması |
Səhmlər sənədsiz adlı, adi |
|
Ticarət üsulu/forması |
Kütləvi / Abunə yazılışı |
|
Səhmlərin sayı |
160 ədəd |
|
İlkin ticarət qiyməti |
30,001 manat |
|
Buraxılış həcmi |
4,800,160 manat |
|
Ticarətə buraxılma tarixi |
29.12.2025 |
|
Anderrayter |
"Troni İnvestisiya Şirkəti” QSC |