Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəsmi Xronika

    TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevi təbrik edib

    24 Dekabr 2025 19:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    AzerVoice xəbər verir ki, məktubda deyilir:

    "Möhtərəm cənab Prezident.

    Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Baş Katibliyi adından Zati-alinizi doğum günü münasibətilə ən səmimi arzularımla təbrik edirəm.
    Bu əlamətdar günün Sizin üçün sağlamlıq, xoşbəxtlik və əmin-amanlıq dolu yeni bir ilin başlanğıcı olmasını arzu edirəm.

    Həyatınızı Azərbaycan xalqına və Türk Dünyasının ortaq gələcəyinə həsr etdiyiniz bu şərəfli yolda ölkənizin rifahı, sabitliyi və inkişafı naminə nümayiş etdirdiyiniz qətiyyətli və uzaqgörən liderlik təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün mühüm qürur mənbəyidir.

    Azərbaycan Respublikasının Türk mədəniyyətinin qorunması, inkişaf etdirilməsi və beynəlxalq miqyasda tanıdılması istiqamətindəki ardıcıl mövqeyi, eləcə də TÜRKSOY-a göstərdiyi dəyərli dəstək xalqlarımız tərəfindən daim böyük hörmət və təqdirlə qarşılanır.

    Zati-alinizin Türk dünyasında birlik və həmrəyliyin möhkəmləndirilməsinə yönəlmiş strateji baxışı ortaq tarix, dil və mədəniyyət bağlarımızı daha da gücləndirir, dövlətlərimiz arasında qardaşlıq münasibətlərini möhkəm əsaslar üzərində gələcəyə aparır. Azərbaycanın beynəlxalq arenada artan nüfuzu, eləcə də regional və qlobal sülhə verdiyi töhfələr diqqətlə izlənilir və yüksək qiymətləndirilir.

    Bu əlamətdar gün münasibətilə Zati-alinizə bir daha möhkəm cansağlığı, firavanlıq və davamlı uğurlar arzulayır, Azərbaycan Respublikasının və əziz Azərbaycan xalqının sülh, sabitlik və rifah şəraitində inkişafının davam etməsini Uca Allahdan diləyirəm.

    Zati-aliləri, dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və sakinlərlə görüşüblər

    24 Dekabr 2025 20:27

    Prezident İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir (TAM NİTQ)

    24 Dekabr 2025 20:04

    Binəli Yıldırım Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    24 Dekabr 2025 18:33

    Maya Sandu Prezident İlham Əliyevi təbrik edib

    24 Dekabr 2025 18:12

    Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    24 Dekabr 2025 18:00

    Prezident İlham Əliyev: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik

    24 Dekabr 2025 17:54

    Prezident İlham Əliyev: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı

    24 Dekabr 2025 17:53

    Viktor Orban Prezident İlham Əliyevi təbrik edib

    24 Dekabr 2025 17:49

    Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    24 Dekabr 2025 17:46

    Prezident İlham Əliyev: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik

    24 Dekabr 2025 17:33

    Prezident İlham Əliyev: İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır

    24 Dekabr 2025 17:30

    Prezident İlham Əliyev: Bu gün Ağdam şəhərinin tarixində çox əlamətdar bir gündür

    24 Dekabr 2025 17:30
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb

    İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası istifadəyə verilib

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və sakinlərlə görüşüblər

    Prezident İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir (TAM NİTQ)

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan tədbirdə iştirak edib

    TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevi təbrik edib

    MJ Financial Services BOKT ASC-nin səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi baş tutacaqdır

    PA-nın Vətəndaş Qəbulu Mərkəzində yanvar ayı üçün qəbul cədvəli məlum olub

    Heydər Əliyev Fondu İtaliyanın Laurentum mükafatı ilə təltif olunub

    Binəli Yıldırım Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.