BAKI, AzerVoice
2025-ci ilin yanvar- may ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 9 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11 şirkət azdır.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 7 milyon 585 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 16 milyon 100 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - may ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (6) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Qazaxıstan şirkətlərinin ümumi kapitalı 3 milyon 400 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2025-cü ilin yanvar - may ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 2 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.