Əsas səhifə » Van hava limanında sərnişindaşıma 520 min nəfəri keçib (ÖZƏL)

Van hava limanında sərnişindaşıma 520 min nəfəri keçib (ÖZƏL)

BAKI, AzerVoice

2025-ci ilin aprel ayında Türkiyənin Van Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz azalaraq, 527 min 30 nəfər olub.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 4 faiz azalaraq, 523 min 890 nəfər, beynəlxalq reyslər üzrə isə 75 faiz artaraq 3 min 140 nəfər təşkil edib.

2025-ci ilin aprel ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz azalaraq 4 min 918 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalaraq, 4 min 853 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 2,6 dəfə artaraq, 64 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin aprel ayı ilə müqayisədə 2 faiz azalaraq, 5 min 594 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 2 faiz azalaraq, 5 min 569, beynəlxalq reyslər üzrə də 38 faiz azalaraq 25 olub.

2025-ci ilin aprel ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 64 milyon 197 min 713 nəfər, yük daşınması isə 1 milyon 431 min 519 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Digər Kateqoriyalar

2025 © Azervoice