Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İqtisadiyyat

    AÇG yatağında irihəcmli seysmik tədqiqat proqramı başlanır

    23 Yanvar 2024 13:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru kimi 20 yanvar tarixində AÇG yatağında yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlayıb.

    Şirkətdən AzerVoice-a bildirilib ki, tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə bp-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramı olacaq.

    AÇG yatağının hazırkı məhsuldar layları olan Balaxanı və Fasilə dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadrat kilometr, qəbuledicilərin altında isə 507 kvadrat kilometrlik bir ərazini əhatə edəcək. Proqramın ümumi dəyərinin təxminən 370 milyon ABŞ dolları, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır.

    Bu uzunmüddətli proqramın planlanmasına ötən ildən başlanıb. Proqram çərçivəsində dənizdibi qovşaqlardan, həmçinin bir qoşa mənbəli gəmidən (“Murovdağ”) və bir qovşaq gəmisindən (“Quba”) istifadə etməklə beş il ərzində beş monitorinqin aparılması nəzərdə tutulur.

    bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda geologiya və işlənmə üzrə vitse-prezidenti Roşni Musai deyib:

    “AÇG bp-nin əməliyyatçısı olduğu ən böyük neft yatağıdır. O həm bizim üçün, həm də Azərbaycan və tərəfdaşlarımız üçün çox əhəmiyyətlidir. Bu genişmiqyaslı seysmik tədqiqat proqramını həyata keçirməkdə məqsədimiz yatağın arxitekturası və maye kontaktının (fazalararası təmasın) dinamikası barədə ətraflı məlumat əldə etməkdir. Ümid edirik ki, bu proqram üçün istifadə ediləcək ən müasir 4D texnologiyası yataq haqqında yeni və daha dərin məlumatlar əldə etməyimizə imkan verəcək. Bu isə bizə gələcəkdə quyularda gözlənilməz halları minimuma endirmək və növbəti onilliklər ərzində yatağın neftvermə əmsalını maksimuma çatdırmaq üçün həll yolları müəyyənləşdirməyə kömək edəcək”.

    Proqram “Caspian Geo LLC”şirkəti tərəfindən yerinə yetiriləcək.

    AÇG yatağında irihəcmli seysmik tədqiqat proqramı başlanır
    #Türkiyə #Azərbaycan #Gürcüstan #AÇG
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    12 Fevral 2026 17:06

    Azərbaycan və Türkmənistan atçılıq sahəsində əməkdaşlığı genişləndirir

    12 Fevral 2026 17:00

    Qərbi Azərbaycan İcması Avropa Şurasının komissarını ayrı-seçkiliyə yol verməməyə və qayıdış hüququna dəstək verməyə çağırır

    11 Fevral 2026 17:31

    Elm bərabərliklə güclənir, qızların elmdə yolu açılmalıdır - Mətanət Ağamirli

    11 Fevral 2026 17:21

    İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub

    11 Fevral 2026 17:14

    Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilir

    11 Fevral 2026 16:56

    Sahibə Qafarova Ərəb Parlamentinin prezidenti ilə görüşüb

    11 Fevral 2026 16:41

    Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

    11 Fevral 2026 16:23

    Bakı Fond Birjası Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyası ilə görüş keçirib

    11 Fevral 2026 16:19

    Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

    11 Fevral 2026 16:15

    Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndələri ilə görüş keçirilib

    11 Fevral 2026 15:58

    Fevralın 13-də pensiyaların yeni artımla birgə ödənişinə başlanacaq

    11 Fevral 2026 15:48
    XƏBƏR LENTİ

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    Azərbaycan və Türkmənistan atçılıq sahəsində əməkdaşlığı genişləndirir

    Türkiyənin D-8 idxalı azalıb, ixrac isə yüksəlib (ÖZƏL)

    SOCAR-ın qaz hasilatı 1,4 faiz artıb

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    Dövlət Komitəsi Çağrı Mərkəzini istifadəyə verib

    Bu il 1336 nəfər Dövlət Məşğulluq Agentliyinin peşə kurslarına cəlb olunub

    Energetika naziri İranın ölkəmizdəki səfirini qəbul etdi

    Kəpəz BOKT 1 milyon manatlıq istiqraz yerləşdirib

    Finca Azerbaijan 1 milyon dollarlıq istiqraz yerləşdirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.