Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Mədəniyyət

    Bu gün Türk dünyasının səsi Cingiz Aytmatovun vəfatının ildönümüdür

    10 İyun 2024 14:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Müasir qırğız ədəbiyyatının yeni məzmun və yeni ideyalarla zənginləşməsində böyük xidmətləri olan dünya şöhrətli yazıçı Çingiz Aytmatovun vəfatının 16-cı ildönümüdür.

    AzerVoice xəbər verir ki, Fransız yazıçı/şair Lui Araqonun "dünyanın ən gözəl sevgi hekayəsi" adlandırdığı "Cəmilə" əsərini qələmə alan, romanları ilə qırğız xalqının səsini türk dünyasında çatdıran Cingiz Aytmatovun vəfatından 16 il ötür.

    Qeyd edək ki, uşaq yaşlarında Çingiz Aytmatovun tərbiyəsi ilə daha çox nənəsi Aymxan məşğul olub. O, nənəsindən ”Manas”ı, ayrı-ayrı qırğız nağıl və əfsanələrini dinləmiş, nəticədə bunlar onun milli ruhda formalaşmasına böyük təsir göstərmişdir. Bu mənada Aytmatovun “nənəmin ziyalı işığından keçdim” deməsi təsadüfi deyildir.

    “Üz-üzə”, “Cəmilə”, “Dəvəgözü”, “İlk müəllim”, “Selvi Boylum yazaq”, “Torpaq ana”, “Ağ gəmi”, “Qurd xəyalları”, “Əlvida Gülsarı”, “Qırmızı alma” kimi əsərlərin müəllifi olan Cingiz Aytmatov əsərlərini yazarkən iki dildən istifadə edirdi. Əvvəlcə o, əsərlərini qırğız dilində yazıb rus dilinə tərcümə etsə də, sonralar rus dilində yazıb qırğız dilinə tərcümə etməyə başlayıb.

    Aytmatov 1928-ci il dekabrın 12-də Qırğızıstanın Talas vadisinin Şeker kəndində anadan olub. Dörd uşaqlı bir ailənin ilk övladıdır. Dövlət xadimi olan atası Törəkul Aytmatovun vəzifəsinə görə təhsil illərini Moskvada keçirən Cingiz atası rejim tərəfindən ittiham olunduğu üçün təhsilini yarımçıq qoymalı olub. Aytmatovun atası sırf qırğız türkcəsini müdafiə etdiyi üçün 1937-ci ildə Rusiya lideri Stalin tərəfindən “xalq düşməni” elan edilib. Bu səbəbdən Törekul Aytmatov evindən və ailəsindən ayrılaraq güllələnərək öldürülüb. Aytmatovlar ailəsi atalarının ölümündən təxminən 20 il sonra xəbər tutub. Atasının ölümündən sonra Cingiz ailəsi ilə birgə Moskvadan Şəkər kəndinə köçüb. Daha sonra onlar 1938-ci ildə Kirovskoyeyə köçüb və cingiz təhsilini burada davam etdirib. O,1946-cı ildə Baytarlıq Texnikumuna daxil olub. Burada müəllimlərinin təsiri ilə rus klassiklərini oxumağa başlayıb. Şeir yazsa da, müəllim məsləhəti ilə hekayələrə üz tutub, yazı və tərcümə işləri ilə məşğul olub.

    Aytmatovun zəngin yaradıcılıq irsi yüksək qiymətləndirilərək üç dəfə Dövlət mükafatına və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Ç.Aytmatov həm də geniş ictimai-siyasi fəaliyyəti ilə tanınan şəxsiyyətlərdən biridir. O, dəfələrlə SSRİ və Qırğızıstan Ali Sovetinin deputatı seçilib, Asiya və Afrika ölkələri ilə Sovet həmrəylik komitəsinin rəhbəri olub. O, 1990-1994-cü illərdə Benilüks ölkələrində səfir işləyib. Ç.Aytmatov Belçika, NATO və Avropa İttifaqında Qırğızıstanın səlahiyyətli səfiri vəzifələrində ölkəsinin ləyaqətli təmsilçisi olub. O, Azərbaycan və qırğız xalqları arasında qarşılıqlı dostluq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə 25 fevral 2008-ci il tarixində Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif edilib.

    Cingiz Aytmatov 2008-ci il mayın 16-da "Əsrlərə bərabər gün" romanının çəkilişləri üçün Tatarıstanın paytaxtı Kazana gedərkən xəstələnib. O böyrək çatışmazlığı diaqnozu ilə Almanyaya aparılıb və 2008-ci il iyunun 10-da dünyasını dəyişib. Ailəli və 4 uşaq atası olan yazıçı 1937-ci ildə Bişkekdəki Ata-Beyitdə atasının yanında dəfn edilib.

    Bu gün Türk dünyasının səsi Cingiz Aytmatovun vəfatının ildönümüdür
    #Qırğızıstan #Türk mədəniyyəti #Cingiz Aytmatov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ədliyyə Nazirliyində Qırğız Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib.

    15 Yanvar 2026 15:17

    Qırğızıstan və Özbəkistan əməkdaşlığı genişləndirir

    14 Yanvar 2026 13:12

    ABŞ Mərkəzi Asiya ölkələri üçün viza depoziti tətbiq edəcək

    9 Yanvar 2026 18:40

    Türkiyədən Qırğızıstana avtomobil ixracı azalıb (ÖZƏL)

    28 Dekabr 2025 10:00

    Türkiyədə Qırğızıstan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

    25 Dekabr 2025 14:46

    Türkiyədən Qırğızıstana elektrik avadanlıqları ixracı 51 milyon dolları keçib (ÖZƏL)

    25 Dekabr 2025 09:12

    TurkDiscovery “Əbədiyyətin nişanələri – Türk dünyası rəmzlərdə” adlı yeni sənədli seriyanı təqdim edəcək

    24 Dekabr 2025 12:54

    Türkiyədən Qırğızıstana xalça ixracı 19 milyon dolları keçib (ÖZƏL)

    21 Dekabr 2025 10:00

    Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir

    18 Dekabr 2025 15:52

    Bu gün Ümumdünya Türk Dili Ailəsi günüdür

    15 Dekabr 2025 09:55

    Türkiyədən Qırğızıstana kimyəvi maddə ixracı 88 milyon dolları keçib (ÖZƏL)

    12 Dekabr 2025 10:53

    Qırğızıstan-Azərbaycan İşgüzar Şurasının yaradılmasına dair memorandum imzalanıb

    10 Dekabr 2025 16:53
    Demo
    XƏBƏR LENTİ

    Nüvə partlayışlarının insan sağlamlığına təsiri nələrdir?

    Bu gün ABŞ İspaniyaya səhvən hidrogen bombası atıb

    Tarixdə bu gün – 17 yanvar

    Tramp HƏMAS-a yeni ultimatum verərək silahsızlanma tələbini sərtləşdirildi

    Əmək qanunvericiliyində genişmiqyaslı islahatlar qüvvəyə minib

    Qırğızıstan nümayəndə heyəti Bakı 21 saylı Mediasiya Təşkilatının fəaliyyəti ilə tanış olub

    “Səsiniz olaq” onlayn surdotərcümə xidmətindən indiyədək 300-dək şəxs faydalanıb

    Əmək və sosial müdafiə sahəsində son bir ildə görülən işlər və builki hədəflər müzakirə edilib

    Bakıda Hindistanda siqhlərə və digər etnik azlıqlara qarşı repressiyalara həsr olunmuş beynəlxalq konfrans keçirilib

    4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.