BAKI, AzerVoice, Nailə Babazadə
Bişkekdə uşaq və gənclər arasında böyük tennis turniri baş tutacaq.
AzerVoice xəbər verir ki, yanvarın 30-dan fevralın 1-dək davam edəcək yarışlar Qırğızıstan paytaxtındakı "T-Club" tennis kortlarında keçiriləcək.
Tədbirin təntənəli açılış mərasimi yanvarın 30-da saat 12:00-da başlayacaq.
Turnir Qırğızıstan Respublikası Tennis Federasiyasının təşkilatçılığı və Dövlət Bədən Tərbiyəsi və İdman Agentliyinin dəstəyi ilə reallaşdırılır.
Yaş kateqoriyaları və format
Yarışlar aşağıdakı yaş qruplarını əhatə edəcək:
- 12 yaşadək (12U);
- 14 yaşadək (14U);
- 16 yaşadək (16U).
Təkli görüşlər formatında keçiriləcək matçlar bir setdən ibarət olmaqla 8 geymə qədər davam edəcək. İkiqat məğlubiyyət sisteminin (double elimination) tətbiqi iştirakçılara daha çox oyun təcrübəsi qazanmaq imkanı verəcək.