BAKI,
AzerVoice
THY Liviyanın Misrata şəhərinə uçuşlarını 9 ildən sonra yenidən
bərpa edir.
AzerVoice xəbər verir ki, Türk Hava
Yolları (THY) 2015-ci ildən bəri fasilə verdiyi İstanbul–Misrata
reyslərini bu il sentyabrın 2-dən etibarən yenidən həyata
keçirəcək.
Bu qərar Liviya ilə hava əlaqələrinin genişləndirilməsi baxımından
mühüm addım hesab olunur.
THY-nin uçuş planına əsasən, İstanbuldan Misrataya səfərlər həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və şənbə günləri təşkil olunacaq. Bununla da THY-nin Liviyada mövcud olan Tripoli və Benqazi reyslərinə əlavə olaraq Misrata istiqaməti də daxil ediləcək və şirkətin bu ölkədəki uçuş marşrutlarının sayı 3-ə çatacaq.
Qeyd edək ki, THY Liviyaya uçuşlarını ölkədəki vətəndaş iğtişaşları səbəbilə 2015-ci ildə dayandırmışdı. Yeni mərhələdə reyslərin bərpası Liviya ilə Türkiyə arasında hava nəqliyyatının canlandırılmasına və iki ölkə arasında iqtisadi-sosial əlaqələrin daha da genişlənməsinə imkan yaradacaq.