Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    BYD Türkiyədə 1 milyard dollarlıq zavod qurur

    24 Aprel 2025 17:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Çindən Türkiyəyə 7 min elektrikli avtomobil gətirilib.

    AzerVoice xəbər verir ki, dünyanın ən iri elektrikli avtomobil istehsalçılarından olan BYD şirkəti, “BYD Changzhou” adlı yüksək texnologiyalı nəqliyyat vasitəsi daşıyan gəmi ilə Çindən Türkiyəyə 7 min avtomobil göndərib.

    Gəmi 39 günlük səfərdən sonra Kocaelidəki Safiport Derince limanına çatıb və avtomobillərin limandakı görüntüləri havadan çəkilib.

    Gəmi 25 fevralda Çinin Ninqbo limanından yola düşərək 5 aprel tarixində Türkiyəyə çatıb. Göndərilən avtomobillərin həm Türkiyə bazarı, həm də xarici bazarlar üçün nəzərdə tutulduğu bildirilib.

    Belə ki, 7 iyul 2024-cü ildən qüvvəyə minən yeni qərara əsasən, Çindən idxal olunan avtomobillərə 40 faiz əlavə vergi tətbiqi Türkiyə avtomobil bazarında ciddi dəyişikliklərə səbəb olub. Bu vəziyyət Çin istehsalçılarının, o cümlədən BYD və Chery-nin istehsal güclərini Türkiyəyə köçürmək planlarını sürətləndirib.

    Sənaye və Texnologiya Nazirliyi ilə imzalanan müqavilə çərçivəsində BYD-nin Türkiyədə 1 milyard dollar sərmayə ilə ildə 150 min avtomobil istehsal edəcək zavod quracağı, fabrikin isə 5 min nəfəri birbaşa işlə təmin edəcəyi açıqlanıb. İstehsalın 2026-cı ilin sonuna qədər başlaması planlaşdırılır.

    BYD Türkiyə bazarında TANG, DOLPHIN, ATTO 3, SEAL U DM-i, SEAL U EV, HAN və SEAL AWD kimi modellərlə təmsil olunur. Aprel sonunda DOLPHIN “Comfort” versiyası, üçüncü rübdə isə SEALION 7 modeli satışa təqdim ediləcək.

    Qeyd edək ki, 2022-ci ildən etibarən fosil yanacaqla işləyən avtomobillərin istehsalını tamamilə dayandıran BYD, indiyədək 10 milyon elektrik və hibrid avtomobil istehsal edib. Şirkət 2023-cü ildə dünya üzrə elektrik və plug-in hibrid satışında lider olub və 4 milyondan çox yeni nəsil avtomobil satışı həyata keçirib.

    #Türkiyə #Kocaeli limanı #Çin #avtomobil #BYD #Elektrikli avtomobil sektoru #Çin avtomobil markaları #Gömrük tariflərinin artırılması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Makron Zelenski ilə telefon danışığı aparıb

    7 Dekabr 2025 10:00

    Azərbaycan TDT ilə sosial sahədə təcrübə mübadiləsinə hazırdır - Nazir

    6 Dekabr 2025 13:15

    "Fənərbaxça"dan ayrılan müdafiəçi İstanbul klubunun hədəfindədir

    6 Dekabr 2025 13:10

    Ərəb və müsəlman ölkələri Qəzza sakinlərinin Misirə köçürülməsi planı ilə bağlı narahatdır

    6 Dekabr 2025 10:17

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    BMT Təhlükəsizlik Şurası 14 İldən Sonra İlk Dəfə Suriyaya Səfər Edib

    4 Dekabr 2025 14:40

    Si Cinpin Ukrayna ilə bağlı açıqlama verib

    4 Dekabr 2025 10:53

    4 ölkənin iştirakı ilə "Doğu Akdeniz - 2025" təlimi keçirilib

    3 Dekabr 2025 16:50

    Terroru bitirəcəyik, separatçılığa son qoyacağıq - Bahçeli

    3 Dekabr 2025 10:08

    Türkiyə ilə əczaçılıq sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

    2 Dekabr 2025 19:02

    Türkiyə və Pakistan neft və qaz sahələrində anlaşma imzalayıb

    2 Dekabr 2025 17:13

    Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başlayıb

    2 Dekabr 2025 12:28
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Türkmənistana xalça ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    Yaponiyada müsəlmanları harada dəfn edirlər?

    Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri Xaçmazda konsert proqramı ilə çıxış edib

    Türkiyədən Qazaxıstana polad ixracı artıb (ÖZƏL)

    “Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı

    Türkiyədən Misirə tekstil ixracı artıb (ÖZƏL)

    Fəlsəfə, dilçilik və siyasət kəsişməsində...Noam Çomski kimdir?

    Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir

    Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanılıb

    Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.