Bakı. AzerVoice:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrlandiyanın Baş naziri Simon Harrislə Qəzza məsələsini müzakirə edib.
AzerVoice xəbər verir ki, tərəflər arasında telefon danışığı baş tutub.
Görüşdə iki ölkə arasındakı əlaqələr, İsrailin Fələstinə hücumları, Qəzzaya yardım fəaliyyətləri müzakirə edilib.
Görüşdə Ərdoğan İrlandiyanın Fələstini bir dövlət kimi tanımasını təqdir etdiyini bildirib və bu addımın bölgədə sülh və ədalətin bərqərar olmasını, iki dövlətli həll səylərini gücləndirəcəyini bildirib.
Ərdoğan ədalətli və qalıcı bir həll üçün İsraili beynəlxalq hüquqa riayət etməyə məcbur edən addımların vacib olduğunu və hamımızın sülh vizyonunu yaşatmalı olduğumuzu qeyd edib.
Hafiz Rufizoğlu