Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türk Dövlətləri

    Türk dövlətlərinin özünü inkişaf etdirməsi mühüm əhəmiyyət daşıyır - Hakan Fidan

    7 Oktyabr 2025 10:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice
    Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, ölkəsinin xarici siyasəti bölgədə sabitliyi təmin etmək prinsipi üzərində qurulub və bunun üçün bir neçə əsas şərt mövcuddur.
    “Birincisi, müharibə və münaqişələri mümkün qədər sakitləşdirmək və ya dayandırmaq. İkincisi, iqtisadi əməkdaşlığı ədalətli şəkildə inkişaf etdirmək ki, hər kəs fayda götürsün. Üçüncüsü, əlaqələri və regional qurumları institusional səviyyədə möhkəmləndirmək lazımdır ki, onlar daha davamlı olsun,” – Fidan qeyd edib.

    Nazir vurğulayıb ki, bu baxış Türkiyənin regiondakı fəaliyyətində və Türk dünyası ilə münasibətlərində aydın şəkildə əks olunur.
    “Biz Türkiyənin regional gücünü, nüfuzunu və liderliyini bölgədə sabitliyi təmin etmək üçün istifadə edirik. Artıq qlobal münasibətlərdə rəqabət və hökmranlıq deyil, əməkdaşlıq və sabitliyə əsaslanan, daha insani və əxlaqi xarici siyasət kursunu izləyirik.”- deyə o qeyd edib.

    Fidan bu fikirləri Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan mətbuatına açıqlamasında səsləndirib.
    O bildirib ki, dünya dərin geostrateji dəyişikliklər yaşayır və bu proseslər Türk dünyasına da təsirsiz ötüşmür. Lakin Türk Dövlətləri Təşkilatının getdikcə daha çox institusional xarakter qazanması və koordinasiyalı fəaliyyət göstərməsi, üzv ölkələri böhranlara qarşı daha dözümlü edir.

    Nazir qeyd edib ki, Türk dövlətlərinin iqtisadiyyatının, infrastrukturunun, texnologiyasının və müdafiə qabiliyyətlərinin inkişafı hər bir ölkəni gücləndirir:
    “Hər bir güclü dövlət bir araya gəldikdə daha möhkəm struktur yaranır. Mövcud istiqamətdə irəliləməyə davam etsək, Allahın izni ilə, qlobal böhranlara qarşı daha dayanıqlı bir Türk dünyası formalaşacaq,” - Fidan vurğulayıb.

    O, həmçinin Qəbələdə keçirilən sammitdə iştirakdan məmnunluğunu ifadə edərək Prezident İlham Əliyevə təşəkkür edib.
    “Biz Bakıda çoxlu görüşlər keçirmişik, amma Türk dünyasının liderlərini bu qədər gözəl şəhərdə qarşılamaq və burada bir araya gətirmək həqiqətən təqdirəlayiq hadisədir.”-deyə o bildirib.

    #Türkiyə #Azərbaycan #Hakan Fidan #Türk Dövlətləri Təşkilatı (TDT) #Xarici İşlər Nazirliyi #Türk dövlətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

    15 Noyabr 2025 11:51

    Adil Kərimli Daşkənddə Nazirlər Konfransında çıxış edib

    15 Noyabr 2025 11:31

    9 ölkədən BMT-dəki Qəzza qətnaməsinə birgə dəstək

    15 Noyabr 2025 11:24

    Türkiyənin milli futbol komandası Bursada Bolqarıstanla qarşılaşacaq

    15 Noyabr 2025 10:36

    Budapeşt görüşündə Yaşıl Enerji Dəhlizi üzrə əsas razılaşmalar əldə olunub

    14 Noyabr 2025 18:30

    Qarabağdan Çelsi ilə görüşdə baş verənlərlə bağlı bəyanat

    14 Noyabr 2025 17:50

    Energetika Nazirliyində Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə görüş keçirilib

    14 Noyabr 2025 16:30

    Azərbaycan Rusiyaya NOTA verib

    14 Noyabr 2025 16:06

    DVX-nin nümayəndə heyəti Xorvatiyada səfərdə olub

    14 Noyabr 2025 16:03

    Tbilisidə Azərbaycan-Gürcüstan enerji tərəfdaşlığının inkişafı müzakirə olunub

    14 Noyabr 2025 15:27

    Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib, yaralanan yoxdur

    14 Noyabr 2025 14:55

    Destruktiv dairələr Zəngəzur dəhlizinin reallaşdırılmasına maneçilik törətməyə çalışır – Əli Nağıyev

    14 Noyabr 2025 14:28
    Demo
    XƏBƏR LENTİ

    Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb (FOTO)

    Balıkesirdə 4,4 bal gücündə zəlzələ baş verib

    Türkiyənin Kocaeli limanı 7 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Azərbaycan nümayəndə heyəti Daşkənddə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

    Yanvar-oktyabr aylarında əlilliyi olan 117 min şəxs reabilitasiya xidmətləri ilə təmin edilib

    Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

    Adil Kərimli Daşkənddə Nazirlər Konfransında çıxış edib

    9 ölkədən BMT-dəki Qəzza qətnaməsinə birgə dəstək

    Türkiyədən Özbəkistana xalça ixracı 3 milyon dolları keçib (ÖZƏL)

    Türkiyənin milli futbol komandası Bursada Bolqarıstanla qarşılaşacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.