BAKI,AzerVoice, Fərid Mikayılov
Türkiyədə “Spor Şehri İstanbul” layihəsi çərçivəsində məktəblərdə fəaliyyət göstərən idman klublarına dəstək məqsədilə tender elan edilib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İdman ləvazimatları tenderin nəticələri açıqlandıqdan sonra 45 gün ərzində təhvil alınacaq.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 17 oktyabr 2025-ci il tarixinə qədər "Hırka-i Şerif Mah. Adnan Menderes Bulv. No:64 Fatih/İstanbul" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir