BAKI,AzerVoice, Fərid Mikayılov
Giresun Bələdiyyəsi 950 min litr dizel və 40 min litr 95 oktan benzin alınması üçün açıq tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Yanacaq tenderin nəticələri açıqlandıqdan sonra hissə-hissə təhvil alınmağa başlanacaq.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 20 oktyabr 2025-ci il tarixinə qədər "Hacımıktat Mah. Tabaklar Sok. Giresun Merkez/Giresun" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir