Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Azərbaycanda daxili qoşunlarla bağlı yeni qanun qəbul ediləcək

    10 Oktyabr 2025 13:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" Qanun Azərbaycanın konstitusiya quruluşu, suverenliyi, habelə ictimai qayda və ictimai təhlükəsizliyin qorunması sahəsində Azərbaycan daxili qoşunlarının (bundan sonra – daxili qoşunlar) fəaliyyəti, hüquq və vəzifələri, həmçinin daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edəcək.

    AzerVoice-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanun layihəsində öz əksini tapıb.

    Layihəyə əsasən, bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edəcək:

    • daxili qoşunlar – Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla, bu qanunda nəzərdə tutulan fəaliyyət istiqamətlərini həyata keçirən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vahid sisteminə daxil olan silahlı birləşmə;
    • döyüş texnikası – silah kompleksi və onun daşıyıcısından ibarət olan hərbi texnika;
    • fəal mühafizə vasitələri – hücum, müqavimət, tabe olmama hallarının qarşısını almaq məqsədilə tətbiq edilən psixofizioloji təsir vasitələri (xüsusi silahlar, rezin dəyənəklər, əl-qolu bağlama vasitələri, işıq-səs və elektroşok cihazları, xüsusi təyinatlı gözyaşardıcı qaz, tüstü, xidməti itlər və atlar);
    • fərdi qoruyucu mühafizə vasitələri – şəxsi heyəti xidməti vəzifələrinin icrası zamanı onlara qarşı edilən qəsdlərdən qoruyan vasitələr (qoruyucu dəbilqələr, canqoruyucular, güllə və zərbəyə qarşı qalxanlar, əleyhqazlar);
    • fiziki qüvvə – insan əzələlərinin gərilməsi nəticəsində yaranan güc vasitəsilə mexaniki təsir göstərmək qabiliyyəti;
    • xüsusi əməliyyat – müəyyən edilmiş ərazidə və müddətdə tapşırıq və plan üzrə vahid rəhbərlik altında keçirilən tədbirlər kompleksi;
    • xüsusi əməliyyatların keçirilməsini təmin edən vasitələr – qrup halında basqı, müqavimət, tabe olmama hallarının qarşısının alınması, keçilməz sədlərin dağıdılması, kütlə, avtonəqliyyat vasitələrinin məcburi dayandırılması və ya onların hərəkətinin məhdudlaşdırılmasında təsir gücü kimi istifadə olunan xüsusi texnika;
    • xüsusi silah – xüsusi təyinatlı gözyaşardıcı qaz, tüstü və rezin gülləli, rezin qırmalı patronların və qumbaraların tətbiqi üçün istifadə olunan atıcı qurğu və vasitələr;
    • xüsusi texnika – daxili qoşunların xidməti vəzifələrinin icrası zamanı taktiki üsullara uyğun istifadə olunan texniki vasitələr, sistemlər, qurğular, zirehli, xüsusi təyinatlı maşınlar və avadanlıqlar;
    • xüsusi vasitələr – fərdi qoruyucu mühafizə, fəal mühafizə və xüsusi əməliyyatların keçirilməsini təmin edən vasitələr;
    • obyektlərin mühafizəsi – obyektlərin təhlükəsizliyinin təşkili, orada olan şəxslərin həyat və sağlamlığının qorunmasına yönəlmiş tədbirlər.

    Bu qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edəcək.

    Daxili qoşunlar haqqında qanunvericilik Konstitusiya, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Qanun, bu qanun və daxili qoşunların fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktlardan ibarət olacaq.

    Fövqəladə və ya hərbi vəziyyət rejiminin təmin olunması, habelə sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi ilə bağlı daxili qoşunların fəaliyyəti "Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" və "Hərbi vəziyyət haqqında" qanunlarla tənzimlənəcək.

    Daxili qoşunların hərbi qulluqçularının və mülki işçilərinin intizam məsuliyyəti müvafiq olaraq Silahlı Qüvvələrin hərbi nizamnamələri və Əmək Məcəlləsi ilə tənzimlənəcək.

    Daxili qoşunların hərbi qulluqçularının və mülki işçilərinin inzibati və cinayət məsuliyyəti müvafiq olaraq İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə tənzimlənəcək.

    Daxili qoşunların hərbi qulluqçularının dövlətə vurduqları ziyana görə maddi məsuliyyətinin əsasları, vurulan ziyanın miqdarının müəyyən edilməsi və ödənilməsi qaydaları "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" Qanunla tənzimlənəcək.

    Daxili qoşunların hərbi qulluqçularının və mülki işçilərinin xidməti vəzifələrinin icrası zamanı son zərurət və zəruri müdafiə vəziyyətində vurduqları ziyana (zərərə) və mülki hüquq pozuntularına görə mülki məsuliyyəti Mülki Məcəllə ilə tənzimlənəcək.

    Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

    #Azərbaycan #Milli Məclis #daxili qoşunlar #Azərbaycan Respublikasının daxili qoşunları haqqında qanun layihəsi #Mülki Məcəllə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

    15 Noyabr 2025 11:51

    Adil Kərimli Daşkənddə Nazirlər Konfransında çıxış edib

    15 Noyabr 2025 11:31

    Budapeşt görüşündə Yaşıl Enerji Dəhlizi üzrə əsas razılaşmalar əldə olunub

    14 Noyabr 2025 18:30

    Qarabağdan Çelsi ilə görüşdə baş verənlərlə bağlı bəyanat

    14 Noyabr 2025 17:50

    Energetika Nazirliyində Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə görüş keçirilib

    14 Noyabr 2025 16:30

    Azərbaycan Rusiyaya NOTA verib

    14 Noyabr 2025 16:06

    DVX-nin nümayəndə heyəti Xorvatiyada səfərdə olub

    14 Noyabr 2025 16:03

    Tbilisidə Azərbaycan-Gürcüstan enerji tərəfdaşlığının inkişafı müzakirə olunub

    14 Noyabr 2025 15:27

    Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib, yaralanan yoxdur

    14 Noyabr 2025 14:55

    Destruktiv dairələr Zəngəzur dəhlizinin reallaşdırılmasına maneçilik törətməyə çalışır – Əli Nağıyev

    14 Noyabr 2025 14:28

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mingəçevirdə yerləşən avarçəkmə bazasında idmançılarla görüşüb

    14 Noyabr 2025 13:01

    Ermənistan Türkiyədən Azərbaycana yük maşınlarının tranzitini təmin etməyə hazırdır - Paşinyan

    14 Noyabr 2025 12:03
    Demo
    XƏBƏR LENTİ

    Balıkesirdə 3,9 bal gücündə zəlzələ baş verib

    Türkiyənin Kocaeli limanı 7 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Azərbaycan nümayəndə heyəti Daşkənddə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

    Yanvar-oktyabr aylarında əlilliyi olan 117 min şəxs reabilitasiya xidmətləri ilə təmin edilib

    Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

    Adil Kərimli Daşkənddə Nazirlər Konfransında çıxış edib

    9 ölkədən BMT-dəki Qəzza qətnaməsinə birgə dəstək

    Türkiyədən Özbəkistana xalça ixracı 3 milyon dolları keçib (ÖZƏL)

    Türkiyənin milli futbol komandası Bursada Bolqarıstanla qarşılaşacaq

    Təhdid və təzyiqlər qarşısında geri çəkilməyəcəyik - İran

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.