Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan Daşqın Behbudovun nəşinin qalıqları Göyçayda dəfn edilib

    19 Mart 2025 14:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan Behbudov Daşqın Nəsrəddin oğlunun meyitinin qalıqları Göyçay rayonuna gətirilib. O, İmişli şəhər məzarlığında naməlum şəhid kimi dəfn olunmuşdu.

    AzerVoice xəbər verir ki, şəhidin nəşi bu gün rayonun Mırtı kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib.

    Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Mırtı kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.

    Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

    Qeyd edək ki, Behbudov Daşqın Nəsrəddin oğlu 1994-cü ildə Füzuli rayonunun Şükürbəyli kəndi ərazisində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.

    #Birinci Qarabağ müharibəsi #Behbudov Daşqın Nəsrəddin oğlu #Göyçay rayonu #İmişli şəhər məzarlığı #Füzuli rayonu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Veteran və qazilərin məzuniyyət müddəti artırılır

    10 Dekabr 2025 12:39

    Göyçayın yeni icra başçısı kollektivə təqdim olunub

    13 Noyabr 2025 13:20

    Göyçayda ənənəvi "Nar Festivalı" keçirildi

    9 Noyabr 2025 17:24

    Zəfər Günü münasibətilə Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir

    8 Noyabr 2025 18:15

    Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib

    5 Noyabr 2025 22:19

    Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

    4 Noyabr 2025 22:11

    Onlar beynəlxalq hüquq baxımından müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərdir - Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların çıxışı başladı

    3 Noyabr 2025 21:58

    Ermənistanın əsirliyində və girovluğunda olmuş azərbaycanlıların işgəncələrə məruz qalması ilə bağlı yeni ifadələr elan olunub

    27 Oktyabr 2025 23:53

    I Qarabağ müharibəsinin daha 16 itkin-şəhidi dəfn olunacaq

    27 Oktyabr 2025 11:56

    44 günlük Vətən müharibəsinin xronikası: 22 oktyabr

    22 Oktyabr 2025 00:17

    Tarixdə bu gün - 8 oktyabr

    8 Oktyabr 2025 00:14

    Birinci Qarabağ müharibəsinin itkin şəhidinin nəşinin qalıqları Qubada dəfn edilib

    12 Sentyabr 2025 15:43
    Demo
    XƏBƏR LENTİ

    İtaliya millisinin sabiq hücumçusu Səudiyyə Ərəbistanında oynayacaq

    Keçən il Türkiyədən Fransaya hazır geyim ixracı 895 milyon dolları keçib (ÖZƏL)

    İstanbul Universiteti haqqında nə bilirik?

    Xarici işlər nazirinin müavini İƏT-in Somali ilə bağlı fövqəladə iclasında iştirak edib

    Keçən il Adnan Menderes hava limanında sərnişindaşıma 12 milyon nəfəri keçib (ÖZƏL)

    “Ştutqart” Leverkuzendə “Bayer”i darmadağın etdi

    BƏƏ terrorla mübarizədə oyunun qaydalarını necə dəyişir?

    Keçən il Türkiyədə 676 mindən çox qəza baş verib (ÖZƏL)

    BƏƏ-də müsəlmanlar 2030-cu ildə Ramazanı iki dəfə oruc tutacaq – səbəb nədir?

    Yuxuda yağış: xeyir, bolluq, yoxsa xəbərdarlıq?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.