Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb

    19 Yanvar 2025 21:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Xarici İşlər Nazirliyi Xarici İşlər 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb.

    Azervoice xəbər verir ki, bəyanatda deyilir:

    "35 il bundan öncə yanvarın 19-dan 20-sinə keçən gecə Azərbaycan xalqının milli azadlıq hərəkatının yatırılması məqsədilə, keçmiş SSRİ tərəfindən dinc əhaliyə qarşı törədilən qanlı qətliamın ildönümü hər il ölkəmizdə 20 Yanvar – Ümumxalq Hüzn Günü kimi qeyd olunur.

    Müasir tariximizin dərin kədər, eyni zamanda böyük qürur tarixi olan 20 Yanvar – Ümumxalq Hüzn Günündə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərimizi dərin minnətdarlıqla yad edirik.

    Ötən əsrin 80-ci illərində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının davam etdirilməsini, habelə azərbaycanlıların indiki Ermənistan ərazilərindəki tarixi yurdlarından kütləvi deportasiyasını əsaslandırmaq naminə “Sumqayıt hadisələri” kimi qondarma təxribatların hazırlanıb törədildiyi bir dövrdə keçmiş sovet hakimiyyətinin ölkəmizə və xalqımıza qarşı ayrıseçkilik siyasəti Azərbaycan xalqının milli azadlıq hərəkatının yüksəlişinə gətirib çıxardı.

    Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə aparan xalq hərəkatını boğmaq məqsədilə, 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə sovet ordusunun bölmələri, xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Bakı, Sumqayıt, Lənkəran və Neftçalada mülki əhaliyə qarşı amansız qətliam törədildi. Bütün beynəlxalq hüquq normalarına zidd şəkildə günahsız insanlara, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı törədilən, ötən əsrin ən ağır insanlıq əleyhinə cinayətlərindən biri olan 20 yanvar hərbi təcavüzü nəticəsində 150 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü.

    Dövrün mürəkkəbliyinə, keçmiş sovet hakimiyyətinin 20 yanvar həqiqətlərinin yayılmasının qarşısını almaq istiqamətində gördüyü tədbirlərə baxmayaraq, törədilmiş amansız qətliamın dərhal, faciədən bir gün sonra beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin bərpasından və Ümummilli Liderin ölkəmizdə yenidən hakimiyyətə qayıtmasından sonra xalqımıza qarşı törədilən bir sıra cinayətlər, o cümlədən 20 yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi təmin edildi və bununla bağlı 1994-cü ilin martında Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olundu.

    20 yanvar faciəsinin Azərbaycan xalqının milli müqavimətini süquta uğratmaq məqsədilə planlaşdırılıb icra olunmasına baxmayaraq, bu qanlı qətliam, xalqımızın müstəqillik, həmrəylik və milli azadlıq hərəkatının tarixində dönüş nöqtəsi olmaqla yanaşı, SSRİ-nin uzun müddətdir gecikdirilməyə çalışılan labüd süqutunun başlanğıcını qoydu.

    Xalqımızın ən çətin günlərdən və tarixin ən mürəkkəb sınaqlarından çıxan birliyi və iradəsi, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün təmini ilə nəticələnən parlaq zəfərinin, habelə 19-20 sentyabr 2023-cü ildə suverenliyimizin tam bərpasına gətirib çıxaran antiterror əməliyyatları ilə işğal və münaqişəyə son qoyulmasının əsasını təşkil etdi.

    Müstəqillik tariximizə dərin iz salan 20 yanvar faciəsinin 35-ci ildönümündə dövlətimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçən Şəhidlərimizi qürurla yad edir, bu yolda sağlamlığını itirən vətəndaşlarımıza cansağlığı arzu edirik!

    Yaşasın Azərbaycan!"

    #Azərbaycan XİN #20 Yanvar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ombudsman bəyanat yaydı

    19 Yanvar 2026 14:41

    Azərbaycanın Türkmənistandakı Səfirliyi 20 Yanvar faciəsi ilə bağlı məlumatlandırma tədbirləri keçirib

    19 Yanvar 2026 13:22

    Bakı metropoliteni yanvarın 20-də gücləndirilmiş rejimdə işləyəcək

    19 Yanvar 2026 11:47

    Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

    18 Yanvar 2026 13:35

    Azərbaycan XİN İsveçrəyə başsağlığı verib

    1 Yanvar 2026 17:06

    Gürcüstan tarif məsələsini həll etdi, Ermənistan üçün neft məhsulları tranziti davam edəcək - Nazir

    26 Dekabr 2025 16:55

    2026-cı ildə Azərbaycanın xarici siyasət prioritetləri ardıcıl şəkildə davam etdiriləcək - Nazir

    26 Dekabr 2025 15:55

    Bu il Azərbaycan Suriyaya 200 ton humanitar yardım göndərib - Ceyhun Bayramov

    26 Dekabr 2025 15:52

    Azərbaycan XİN Bəhreyni Milli Günü münasibətilə təbrik edib

    16 Dekabr 2025 09:26

    Fariz Rzayev Qətərdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından danışıb

    9 Dekabr 2025 10:27

    İran Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir

    8 Dekabr 2025 14:02

    Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılması birdəfəlik sülhün təmin olunmasına imkan yaradacaq – Nazir

    4 Dekabr 2025 18:33
    Demo
    XƏBƏR LENTİ

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub

    Artıq hər platformada sözü keçən və təqib edilən bir Türkiyə var - Ərdoğan

    İsrail ordusu Livanın cənubundakı Hizbullah mövqelərinə zərbələr endirdiyini bildirib

    Prezident İlham Əliyev 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfərə gəlib

    Suriya: dünəndən bu günə

    Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

    Suriya razılaşması: hərbi nailiyyətdən siyasi legitimliyə keçid

    Ombudsman bəyanat yaydı

    Azərbaycanda ölümlərin sayı artıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.