21
BAKI, AzerVoice
Qırğızıstan və Rusiya arasında maliyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
AzerVoice xəbər verir ki, Qırğızıstanın Rusiyadakı səfiri Kubanıçbek Bököntaev Rusiya maliyyə nazirinin müavini İvan Çebeskovla görüşüb
Görüşdə iki ölkə arasında maliyyə sahəsindəki aktual əməkdaşlıq məsələləri, əvvəlcədən razılaşdırılmış istiqamətlər üzrə birgə fəaliyyətlərin həyata keçirilməsi yolları, həmçinin bankçılıq və rəqəmsal sahələrdə perspektivli layihələrin aktivləşdirilməsi məsələləri müzakirə olunub.
Tərəflər qurumlararası əməkdaşlığın yüksək dinamikasını razılıqla qarşılayaraq, bu əlaqələrin davamlı şəkildə qorunub saxlanmasının vacibliyini vurğulayıblar.